Vakansiya haqqında
Təsvir
Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin
edilməsi;
Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest
sistemlərinin idarəsinin həyata keçirilməsi;
Hökümət (G-cloud) bulud
sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması;
Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin
edilməsi;
Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm
rezerv olunmasının təmin edilməsi;
Serverlərdə baş verən texniki
nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Server və
xidmətlərin monitorinqinin və loqlamasının aparılması;
Dev/Test/Prod
mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi;
Ənənəvi
proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi;
İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi.
Tələblər
Ali təhsil;
Sistem inzibatçılığı
sahəsində 1–3 il iş stajı;
Windows
Server və Linux (RedHat/Ubuntu) sistemlərində inzibatçılıq bacarığı;
Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi;
Virtualizasiya mühitləri üzrə biliklər (VMware, Vcloud və s.);
Microsoft 365 üzrə biliklər;
Backup sistemləri üzrə
baza biliklər;
PowerShell və ya Bash skriptləri ilə işləmək
bacarığı;
NFS, SMB, DFS kimi fayl paylaşım texnologiyalarında
təcrübə;
Git və GitLab ilə işləmə bacarığı;
Analitik düşüncə, intizam və məsuliyyətlilik.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
