Vakansiya haqqında
Tələblər:
Təhsil: Ali (Metallurgiya sahəsində təhsil)
Təcrübə: 1 il
Kompyuter biliyi: MS Office
proqramları
Dil bilikləri: Azərbaycan və İngilis
dilləri
Metalların ümumi xüsusiyyətlərini və qəlibləmə texnologiyasını
bilmək;
MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə
bilməlidir;
Yerli və beynəlxalq (DÜST, GOST, EN, İSO, APİ, AWWA və s.)
standartlarda olan toleranslarla işləmək və bunları bilmək.
Vəzifə öhdəlikləri
Kimyəvi analiz hesabatlarını qeydiyyata alıb, Protokol sənəd qovluğuna
yerləşdirmək;
Yeni məhsulun dövriyyəyə alınması prosesində tökmə
sahəsindəki bütün proseslərin (metal əritmə, qəlibləmə, içlik hazırlama) yaxından izlənməsi və sənədləşmənin
aparılması;
Yeni məhsul dövriyyəyə alındığı zaman KT və KN şöbəsinin
tutduğu hesabatları əldə edib, qovluqlara yerləşdirmə;
Yeni məhsul
izlənmə cədvəlinin cari saxlanmasının təmin edilməsi;
“PPAP” sənədlərinin
hazırlanması zamanı öz sahəsi üzrə olan sənədlərin işlənməsi.
“Dizayn
istehsal planı”, “Model istehsal planı”, “Yeni istehsal planı” cədvəllərini izləməli və “Protokol sənədlər”
cəvəlinin isə güncəl saxlanmasını təmin edir;
Yeni məhsulun istehsalat
addımlarının izlənməsi və nəticələrinin qeydə alınması;
İstehsal olunan
məhsulların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Yeni tökülən
məhsulların kəsmə-cilalama və qaynaq təlimatlarının yazılmasını təmin etmək;
Yeni məhsulun son nəticəsinin protokol şəkildə sənədləşdirilməsi;
Şöbə rəhbərinin tapşırdığı digər texniki məsələlərin həllində fəal iştirak
etmək.
İş şəraiti
İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1
Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin
olunur.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına “Kiçik
metod mühəndisi” başlığı ilə CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
