Vakansiya haqqında
Interium komandamıza qoşulmaq üçün rəqəmsal marketinq sahəsində təcrübəli, analitik
düşüncəyə malik və nəticəyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və nəticələrinin
təhlili;
Meta Ads və Google Ads reklam kampaniyalarının qurulması,
optimallaşdırılması və effektivliyinin artırılması;
SEO və AI əsaslı
axtarış sistemlərində şirkətin görünürlüyünün artırılması;
Hədəf
auditoriyasının müəyyənləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi;
Süni intellekt (AI) alətlərindən araşdırma, analitika və iş proseslərinin
optimallaşdırılmasında istifadə;
Reklamlardan daxil olan müraciətlərin
keyfiyyətinin və effektivliyinin təhlili;
Reklam büdcəsinin səmərəli
idarə olunması və nəticələrə uyğun təkliflərin hazırlanması;
Marketinq
fəaliyyətinin nəticələri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Meta Ads və Google Ads reklam platformaları ilə praktiki iş təcrübəsi;
SEO və müasir AI axtarış sistemləri haqqında biliklər;
Excel və Google Sheets üzrə yaxşı biliklər;
Analitik düşünmə və məlumatlar əsasında qərarvermə bacarığı;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
Əmək haqqı: 700 AZN (Net);
İş qrafiki:
Həftədə 5 iş günü;
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik
küçəsi, Park Yasamal Yaşayış Kompleksi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq
Mütəxəssisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
