Vakansiya haqqında
Titan Group komandası yerli və xarici satınalma, eləcə də logistika sahəsində təcrübəli,
analitik düşüncəyə və güclü danışıqlar aparmaq bacarığına malik kişi namizədləri işə dəvət edir. Namizəd satınalma
və logistika proseslərinin effektiv idarə edilməsi, yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması, malların
beynəlxalq daşınmasının təşkili və təchizat proseslərinin vaxtında, keyfiyyətli və sərfəli şərtlərlə həyata
keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər:
Yerli və xarici satınalma proseslərinin təşkili və idarə
edilməsi;
Daxili və beynəlxalq bazar araşdırmalarının aparılması, uyğun
təchizatçıların seçilməsi;
Xarici təchizatçılarla əlaqələrin qurulması,
işgüzar yazışmaların və danışıqların aparılması;
Yerli və xarici
təchizatçılardan kommersiya təkliflərinin alınması, təhlili və müqayisə edilməsi;
Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Xarici satınalmalar üzrə sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət
edilməsi;
Beynəlxalq logistika və daşınma proseslərinin təşkili və
koordinasiyası;
Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat
xərclərinin optimallaşdırılması;
İdxal, gömrük rəsmiləşdirilməsi və
müvafiq sənədləşmə proseslərinin izlənilməsi;
Beynəlxalq çatdırılma
şərtlərinin (Incoterms) tətbiqi və nəzarətdə saxlanılması;
Müqavilələrin
və sifarişlərin hazırlanmasına nəzarət edilməsi;
Malların vaxtında, tələb
olunan keyfiyyətdə və sərfəli şərtlərlə təmin olunmasının təşkili;
Satınalma və logistika üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Ali təhsil;
Satınalma və logistika
sahəsində 3–5 il müvafiq iş təcrübəsi;
Xarici satınalma və beynəlxalq
logistika sahəsində praktiki təcrübə;
Xarici təchizatçılarla işgüzar
yazışma və danışıqlar aparmaq bacarığı;
İngilis dili biliyi (xarici
təchizatçılarla ünsiyyət və yazışmalar üçün);
İdxal, gömrük prosedurları
və beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq;
Incoterms
beynəlxalq ticarət şərtlərini bilmək;
MS Office proqramlarını, xüsusilə
Excel-i yaxşı səviyyədə bilmək;
Analitik düşünmə və kommersiya
təkliflərini təhlil etmək bacarığı;
Planlaşdırma, koordinasiya və problem
həll etmə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və
operativlik;
Komanda ilə işləmək bacarığı;
Kişi namizədlər.
İş təcrübəsi: 3–5
il;
İş şərtləri:
Əmək haqqı: 1200–1500 AZN;
İş istiqaməti: Yerli və xarici satınalma, beynəlxalq
logistika;
Peşəkar inkişaf və təcrübəyə uyğun iş
mühiti.
Nahar: Şirkət tərəfindən təmin
olunur;
Servis: Yeni suraxanı dairəsi və Binə
qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı:Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından
istifadə edilməsi xahiş olunur: “Satınalma və Logistika Mütəxəssisi”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
