Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və
həyata keçirilməsi;
İllik və rüblük marketinq planlarının hazırlanması,
prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət;
Brendin bazarda
mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi;
Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin
təhlili;
Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması,
əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması;
Marketinq
göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış
komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi;
Marketinq komandasının
fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara
bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət;
Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü
və şəffaf iş mühitinin formalaşdırılması;
Marketinq büdcəsinin
planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin
qiymətləndirilməsi;
Rəhbərlik üçün mütəmadi hesabatların, analitik
təhlillərin və təqdimatların hazırlanması;
Marketinq proseslərinin
təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması.
Namizədə dair tələblər
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2
il iş təcrübəsi;
Marketinq strategiyalarının hazırlanması, həyata
keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və
təcrübə;
Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə
edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə;
Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək
bacarığı;
Marketinq büdcəsinin planlaşdırılması, xərclərin
optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə;
Satış və
biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması
bacarığı;
Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası
və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı;
Analitik düşüncə,
strateji yanaşma və nəticəyönümlülük;
Liderlik, qərarvermə,
təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı;
Güclü kommunikasiya,
təqdimat və hesabat hazırlamaq bacarıqları;
MS Office proqramlarından,
xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
Azərbaycan və
rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi.
İş şəraiti
İş yeri: Bakı şəhərinin mərkəzi
Əməkhaqqı: 3000 - 4000 AZN
İş rejimi: Tam iş günü,
həftədə 5 gün; istirahət şənbə-bazar
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
