Vakansiya haqqında
Restoran və xidmət sektorunda fəaliyyət göstərən
şirkətimizə operativ, məsuliyyətli, araşdırma və koordinasiya bacarığı yüksək olan Marketinq Mütəxəssisi
axtarırıq.
Əsas vəzifə
öhdəlikləri:
Restoranlarda keçirilən banket və tədbirlər
üzrə müştəri rəylərinin toplanması, xidmət keyfiyyətinin araşdırılması və hesabatların
hazırlanması
Wolt və Bolt
platformalarında restoran məlumatlarının, qiymətlərin, məhsulların və vizual materialların yoxlanılması və
yenilənməsi
Restoranların
QR menyularında qiymət, məhsul tərkibi, şəkil, dil və digər məlumatların düzgünlüyünün
yoxlanılması
Restoranlar
üçün mövsüm və xüsusi günlərə uyğun fon musiqilərinin hazırlanması və koordinasiyası
Mövcud müştəri məlumatları əsasında müştəri bazasının
yaradılması və mütəmadi yenilənməsi
Mikro və makro influencerlər üzrə məlumat və qiymət bazasının
formalaşdırılması
Şəhərdaxili monitorlar, outdoor reklam qurğuları, ticarət mərkəzləri və digər
reklam sahələri üzrə araşdırmaların aparılması, qiymət təkliflərinin toplanması
Outdoor reklamlar üçün dizaynerlərə düzgün və ətraflı
brief verilməsi
Restoranlardan daxil olan çap materialları üzrə sifarişlərin koordinasiyası,
hazırlanmış materialların yoxlanılması və qeydiyyatının aparılması
Şirkətlər üçün korporativ əməkdaşlıq təkliflərinin
hazırlanması, e-mail vasitəsilə göndərilməsi və yazışmaların həyata keçirilməsi
Restoranların YouTube kanallarının idarə olunması və
video kontentlərin yerləşdirilməsi
Tripadvisor hesablarının mütəmadi yoxlanılması və məlumatların
yenilənməsi
Restoranların
Google Maps, Instagram, Bolt, Uber, Yango, Waze və digər xəritə platformalarında ünvan və məlumatlarının
düzgünlüyünün yoxlanılması
Websayt-da həftəlik tədbir məlumatlarının yerləşdirilməsi və sayt üzrə müvafiq
yeniliklərin edilməsi
Restoranlara aid marketinq materiallarının vahid bazada sistemli şəkildə
saxlanılması və yenilənməsi
Foto, video, dizayn, motion, QR menyu, çatdırılma platformaları və digər marketinq
məlumatlarının sistemləşdirilməsi
Rəqiblərin mütəmadi izlənilməsi və rəqib analizlərinin
hazırlanması
Ölkədə
keçirilən böyük tədbirlər, sərgilər, yarışlar və beynəlxalq layihələrin araşdırılması, uyğun marketinq təkliflərinin
hazırlanması
Azərbaycanda
fəaliyyət göstərən restoranlar üzrə ərazi, sosial media və digər məlumatları əhatə edən məlumat bazasının
hazırlanması
Namizədə
tələblər:
Marketinq sahəsində təcrübə
arzuolunandır
Araşdırma və
məlumat toplama bacarığı
MS
Excel və Google Sheets ilə işləmə bacarığı
Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək
bacarığı
Sosial media və
rəqəmsal platformalar haqqında anlayış
Google Maps, Tripadvisor, YouTube, Wolt, Bolt və oxşar platformalarla işləmək
bacarığı üstünlükdür
E-mail
yazışmaları və korporativ kommunikasiya bacarığı
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
Rus və ingilis dili biliyi
üstünlükdür
Diqqətli,
məsuliyyətli və operativ olmaq
Eyni anda bir neçə layihəni idarə edə bilmək
Komanda ilə işləmə və koordinasiya
bacarığı
Biz nə təklif
edirik?
Böyük və müxtəlif restoran brendləri ilə
işləmək imkanı
Marketinqin
həm rəqəmsal, həm də ənənəvi istiqamətlərində praktiki təcrübə
Peşəkar marketinq və kreativ komanda ilə işləmək
imkanı
İnkişaf və karyera
perspektivi
Stabil və
dinamik iş mühiti
İş şəraiti
İş yeri: Ofis
İş saatları: 09:00-18:00 / həftə içi 5
gün
Əmək haqqı: 800
AZN
Tam
Ştat
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
