Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətdə gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən
daxil olan sifarişləri toplamaq və planlaşdırmaq;
Qida məhsulları,
içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar üzrə satınalma prosesini təşkil
etmək;
Məhsulların tələb olunan keyfiyyət, miqdar və çeşiddə,
razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
Mövcud
təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata
keçirmək;
Təchizatçılardan kommersiya təklifləri almaq, qiymətləri,
keyfiyyəti, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
Qiymət və
müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli satınalma şərtlərinin əldə edilməsinə
çalışmaq;
Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və
sifarişlərin icra vəziyyətinə nəzarət etmək;
Çatdırılma zamanı
məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb olunan keyfiyyət göstəricilərini aidiyyəti
əməkdaşlarla koordinasiya etmək;
Məhsul çatışmazlığı, gecikmə, keyfiyyət
uyğunsuzluğu və digər təchizat problemlərini vaxtında müəyyən etmək və həlli üçün tədbirlər
görmək;
Anbar və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar,
istehlak həcmi və yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq;
Satınalma xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin
optimallaşdırılması üzrə təkliflər vermək
Namizədə tələblər
Satınalma sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə
üstünlükdür)
Şirkətlər ilə danışıqlar aparmaq və qiymət təhlili
bacarığı;
MS Excel və MS Office proqramları ilə işləmək
bacarığı;
Rus dili mütləqdir
Sənədləşmə və hesabatların hazırlanması üzrə diqqətlilik;
Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
İş şərtləri
İş yeri: Bakı şəhəri
Nahar şirkət
tərəfindən təmin edilir
Əmək haqqı: 900-1000
Azn
Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
