Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Daxil olan sifarişlərin qeydiyyatını aparmaq və müvafiq sistemə daxil
etmək;
Elektron sifarişlərin qəbulunu, emalını və icra prosesini
izləmək;
Sifarişlərlə bağlı daxil olan məlumatları dəqiqləşdirmək
məqsədilə satış nöqtələri ilə əlaqə saxlamaq və sifarişlərin vaxtında və düzgün icrasını təmin
etmək;
Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların
hazırlanmasında iştirak etmək;
Şirkətlə əməkdaşlıq edən satış
nöqtələrinin və müştərilərin məlumat bazasını formalaşdırmaq, mütəmadi olaraq yeniləmək və məlumatların dəqiqliyini
təmin etmək;
Sifarişlərin icrası zamanı yaranan sual və problemləri
aidiyyəti şəxslərlə koordinasiya etmək;
Satış proseslərinin səmərəli
təşkili və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə müvafiq şöbələrlə əməkdaşlıq etmək;
Tərəfdaşlar və müştərilər üçün təşkil olunan tədbirlərin hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək.
Namizədə dair tələblər
Orta ixtisas və ya ali təhsil;
Satış və
ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dili bilikləri
üstünlükdür;
Yüksək ünsiyyət və təqdimat
bacarıqları;
Microsoft Office proqramlarından, xüsusilə Excel-dən
istifadə bacarığı;
Məlumatlarla işləmək, sifarişləri sistemləşdirmək və
hesabat hazırlamaq bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və detallara
həssas yanaşma;
Aktiv, təşəbbüskar və nəticəyönümlü iş
yanaşması;
Komandada işləmək və iş proseslərini effektiv şəkildə
koordinasiya etmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə Operator” qeyd etməklə göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
