Vakansiya haqqında
RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət mədəniyyəti ilə
birləşdirən premium brenddir. Komandamıza yalnız satış etməyi bacaran deyil, RESM brendini peşəkar şəkildə təmsil
edə bilən Luxury Sales Consultant axtarırıq.
Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət yetirirsinizsə, sizi
komandamızın bir hissəsi olmağa dəvət edirik.
İş şəraiti
6 günlük iş qrafiki
İş yeri: 28 May
metrosu yaxınlığı
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi
əmək müqaviləsi
Peşəkar və dəstəkləyici iş mühiti
Əmək haqqınamizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə
alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.
Əsas öhdəliklər
Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına
uyğun alış-veriş təcrübəsi yaratmaq.
Müştərinin ehtiyac və zövqünü düzgün
müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək.
Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün
məlumat vermək.
Satış prosesini yüksək xidmət etikası və müştəri
məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək.
Vitrinlərin estetik
görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq.
Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək
vermək.
Tələblər
Xanım namizədlər
Yaş:
20–45
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
bacarığı
İngilis dili biliyi üstünlükdür
Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi
Yüksək ünsiyyət və təqdimat bacarığı
Estetik zövq,
etiket və davranış mədəniyyəti
Məhsullara qarşı diqqətli, məsuliyyətli və
səliqəli olmaq
Komandada işləmək bacarığı və nəticəyönümlü
yanaşma
Vakansiya ilə maraqlanan namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt
ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
