Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun
qiymətləndirilməsi.
Prefabrik beton məmulatlarının istehsal
prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət
edilməsi.
İstehsalda istifadə olunan sement, aqreqat, armatur,
beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində
yoxlanılması.
Beton qarışığının hazırlanması, qəlibə
yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.
Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət
edilməsi.
Beton və digər materiallar üzrə laborator və istehsalat
sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.
Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların
hazırlanması.
Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və
keyfiyyət baxımından yoxlanılması.
Aşkar edilmiş uyğunsuzluqların
qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak
edilməsi.
Materialların düzgün saxlanması, istifadəsi və izlenilə
bilməsinin təmin edilməsinə nəzarət edilməsi.
İstehsal və
keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.
İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə
bildirilməsi.
İstehsal üçün uyğun materialların və aqreqat
mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.
Karxanalardan və
digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun
qiymətləndirilməsi.
Materialların istifadəsi zamanı ətraf mühit və
təhlükəsizlik tələblərinin nəzərə alınması.
KT/KН və SƏTƏM
prosedurlarının tələblərinə riayət edilməsi.
Keyfiyyətin
idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət
edilməsi.
İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində
vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.
Tələblər
Mühəndislik üzrə bakalavr dərəcəsi
Müvafiq iş təcrübəsi minimum 2 il
Muraciətinizi cv@nwconstruction.com və
ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Material
mühəndisi (bölgələr)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
