Vakansiya haqqında
Wellmechs MMC şirkəti inşaat sektorunda binalarda
İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin
layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir.
İş
öhdəlikləri
Layihənin mexanika bölümünün dərindən
araşdırılması və düzgünlüyünü yoxlamaq.
Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə
etmək.
Mexanika işləri üzrə
quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək.
Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə
koordinasiyasını təhlil etmək.
Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu,
sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə
bildirmək.
Mexanika
layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək
sistemlərin təhlilini aparmaq.
Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil
etmək.
Mexaniki
avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin
etmək.
Layihənin sonunda
son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək.
Texanika avadanlıqlarının quraşdırılması və onların testini idarə
etmək.
AutoCAD proqramından
istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək.
Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı
qeydlərini aparmaq.
Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək.
Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə
uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin
monitorinqini aparmaq və hesabat təqdim etmək.
Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili
sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə
etmək.
Tabeçiliyində olan
işçilərə rəhbərlik etmək.
Tələb olunan:
Yaş: 25 – 45 (Bəy
namizəd)
Ali təhsil:
Mexanika mühəndisliyi
İş
təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Kompüter bilikləri: MS Office, AutoCAD;
Dil bilikləri: ingilis dili
(orta)
İş şəraiti:
Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma
yolu ilə təyin olunur.
Nahar şirkət tərəfindən qarşılanır.
Əgər tələblərə cavab verirsinizsə,
CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Mexanika Mühəndisi” qeyd etməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
