Vakansiya haqqında
“Sahara Electronics” MMC komandamıza qoşulacaq, mühasibat uçotunun təkmilləşdirilməsi,
maliyyə hesabatlılığının gücləndirilməsi və mühasibatlıq proseslərinin effektiv idarə olunmasını təmin edəcək
Baş mühasib axtarışındadır.
Namizədin əsas məqsədi mövcud uçot sistemini qiymətləndirmək və təkmilləşdirmək, maliyyə
məlumatlarının düzgünlüyünü təmin etmək, gəlir və xərclərə nəzarət mexanizmlərini inkişaf etdirmək, həmçinin
mühasibatlıq komandasının fəaliyyətini koordinasiya etmək olacaq.
Vəzifə öhdəlikləri
Mövcud mühasibat uçotu sistemini qiymətləndirmək, çatışmazlıqları müəyyənləşdirmək
və təkmilləşdirmə planını hazırlayaraq həyata keçirmək;
Şirkətin
fəaliyyətinə uyğun uçot siyasətini, sənəd dövriyyəsini və daxili nəzarət mexanizmlərini hazırlamaq və tətbiq
etmək;
1C proqramında idxal, alış, satış, anbar, kassa-bank, debitor və
kreditor əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
Gömrük, nəqliyyat və digər idxal xərclərinin malların maya dəyərində düzgün əks etdirilməsinə
nəzarət etmək;
Müştəri və təchizatçılarla hesablaşmaları və üzləşmə
aktlarını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatlarının uyğunluğunu yoxlamaq;
Vergi, əməkhaqqı və digər məcburi hesabatların düzgün və vaxtında hazırlanmasını təmin
etmək;
Aylıq bağlanış prosesini təşkil etmək, balans, mənfəət və zərər,
pul vəsaitlərinin hərəkəti üzrə hesabatları hazırlamaq;
Gəlir və
xərclərin aylıq plan-fakt təhlilini aparmaq, kənarlaşmaları məbləğ və faizlə müəyyənləşdirmək, səbəblərini
araşdıraraq rəhbərliyə təqdim etmək;
Mağazalar və fəaliyyət istiqamətləri
üzrə gəlir, xərc və mənfəət hesabatlılığını qurmaq, xərclərin düzgün aid edilməsinə nəzarət
etmək;
Büdcənin hazırlanmasında iştirak etmək, büdcədənkənar xərcləri və
maliyyə risklərini vaxtında müəyyənləşdirmək;
Konsaltinq komandası ilə
əməkdaşlıq etmək, razılaşdırılmış uçot qaydalarının və prosedurların gündəlik iş prosesində tətbiqini təmin
etmək;
Mühasibatlıq əməkdaşları arasında iş bölgüsünü aparmaq,
tapşırıqların icrasına və uçot məlumatlarının keyfiyyətinə nəzarət etmək;
Audit və dövlət yoxlamaları üçün tələb olunan sənədləri hazırlamaq, aşkar edilmiş
uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək.
Tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya mühasibatlıq rəhbəri vəzifəsində iş təcrübəsi;
İdxal və ticarət şirkətlərində uçot sisteminin qurulması və ya yenidən təşkili üzrə praktiki
təcrübə;
Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini
bilmək, qanunvericilikdəki dəyişiklikləri izləmək və praktikada tətbiq etmək bacarığı;
1C və Excel proqramlarında sərbəst işləmək bacarığı;
Maliyyə hesabatlarının hazırlanması, büdcə nəzarəti və gəlir-xərc üzrə plan-fakt təhlilinin
aparılması bacarığı;
Komandanı idarə etmək, digər struktur bölmələri və
konsaltinq komandası ilə işi əlaqələndirmək bacarığı;
Yüksək dəqiqlik,
dürüstlük, analitik düşüncə və problemlərə praktik həll yolları təklif etmək bacarığı.
Üstünlük veriləcək təcrübə və biliklər
Çoxmağazalı və çoxanbarlı ticarət şirkətində iş təcrübəsi;
1C proqramında uçot və hesabatlılığın təkmilləşdirilməsi layihələrində
iştirak;
PMS, ACCA və ya digər uyğun peşəkar sertifikatlara sahib
olmaq.
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi;
İş qrafiki: 6 günlük iş həftəsi;
Sabit əməkhaqqı: 1 500–2 000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun
olaraq);
Əlavə bonus: əvvəlcədən razılaşdırılmış KPI
göstəricilərinin nəticələrinə əsasən.
Tələblərə uyğun namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməkləri xahiş olunur. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət
ediləcəklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
