Vakansiya haqqında
“EmbaFinans” BOKT QSC-in Problemli kreditlərin idarə edilməsi şöbəsində Təcrübəçi
vakansiyası elan edilir.
Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif
növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd
qoymuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli
lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. "EmbaFinans" BOKT QSC hazırda
İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.
İşin təsviri:
Problemli kreditlərin təftişinin aparılması, onun yaranma səbəblərinin
müəyyənləşdirilməsi, geri ödənişi və üsulları barədə təkliflər verilməsi;
Cəmiyyətdaxili qaydalara uyğun olaraq problemli kreditlərin yaranma səbəbləri üzrə təhlillərin
aparılması və hesabatların hazırlanılması;
Problemli kreditlərin
yığımının daxili qaydalara müvafiq olaraq təmin edilməsi;
Elektron
məlumat bazasında, Cəmiyyət üzrə verilmiş bütün kreditlərin ödənilməsi qrafikinə nəzarət
edilməsi;
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və
girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
Problemli borcların
qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
Problemli
kreditlərin idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə dair tələblər:
Minimum orta təhsil;
Azərbaycan dilində
səlis danışıq qabiliyyəti;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və
problemi həll etmə bacarığı;
Komandada işləmək bacarığı, stresə
dözümlülük və ünsiyyət qurma bacarığı;
MS Ofis proqramlarından istifadə
bacarığı.
İş rejimi:
İş saatı 09:00-dan 18:00-dək;
İstirahət
günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “PKİEŞ
/ Təcrübəçi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
