Vakansiya haqqında
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf
etdirilməsi məqsədilə təcrübəli Satış Meneceri axtarır.
Əsas vəzifə və öhdəliklər
Yeni korporativ müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və
cəlb olunması;
İstehsalat, sənaye və digər biznes sektorlarında fəaliyyət
göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması;
Mövcud müştəri
portfelinin idarə edilməsi və inkişaf etdirilməsi;
Müştərilərin
ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
Məhsul və xidmətlər üzrə təqdimatların, kommersiya təkliflərinin
hazırlanması;
Müştərilərlə görüşlərin, danışıqların və satış prosesinin
aparılması;
Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin
aidiyyəti bölmələrlə koordinasiyası;
Satış planlarının və müəyyən edilmiş
hədəflərin yerinə yetirilməsi;
Bazarın, rəqiblərin və müştəri tələbatının
araşdırılması;
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin
edilməsi;
Satış fəaliyyəti üzrə müntəzəm hesabatların
hazırlanması.
Namizədə tələblər
Satış sahəsində minimum 3 il iş təcrübəsi;
B2B və korporativ satış sahəsində təcrübə;
İstehsalat, sənaye, topdansatış və ya distribusiya sektorunda iş təcrübəsinə üstünlük
verilir;
İstehsalat, tikinti müəssisələri və xidmət sahəsində
fəaliyyət göstərən müştərilərlə mövcud işgüzar əlaqələrinin olması üstünlükdür;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
Aktiv satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə edilməsi
bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək ünsiyyət
bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus
sistemi;
Peşəkar inkişaf və karyera imkanları;
Stabil və inkişaf edən istehsalat müəssisəsində çalışma imkanı;
Müştəri portfelinin genişləndirilməsi və satış nəticələrinə uyğun gəlir əldə etmək
imkanı;
Peşəkar və dəstəkləyici iş mühiti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış
Meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
