Vakansiya haqqında
Əsas vəzifələr:
Logistika şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək
Məhsulların anbarlardan satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasını təmin
etmək
Nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini təşkil
etmək
Avtoparkın fəaliyyətinə nəzarət etmək
Nəqliyyat vasitələrinin texniki və ümumi işlək vəziyyətinə nəzarət etmək
Avtomobillərin sürücülərə təhvil-təslim prosesini təşkil etmək və təhvil zamanı nəqliyyat
vasitəsinin işlək vəziyyətini yoxlamaq
Avtomobillərdə yaranan texniki
problemləri ilkin mərhələdə müəyyən etmək və aidiyyəti üzrə həllini təşkil etmək
Avtomobillərin texniki baxış, təmir və texniki xidmət proseslərinə nəzarət
etmək
Çatdırılma marşrutlarını planlaşdırmaq və
optimallaşdırmaq
Sifarişlərin vaxtında icrasına nəzarət
etmək
Nəqliyyat xərclərinə və yanacaq sərfiyyatına nəzarət
etmək
Sürücülərin işinə və davamiyyətinə nəzarət
etmək
Logistika üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim
etmək
Anbar, satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət
göstərmək
Logistika proseslərində yaranan problemlərin operativ həllini
təmin etmək
Namizədə tələblər:
Logistika sahəsində rəhbər vəzifədə iş təcrübəsi
Komandanı idarə etmək bacarığı
Rutlanma və
nəqliyyat prosesləri üzrə təcrübə
Analitik düşüncə və operativ qərarvermə
bacarığı
MS Office, xüsusilə Excel proqramında işləmə
bacarığı
Məsuliyyətli, intizamlı və təşkilatçılıq qabiliyyətli
olmaq
İş şəraiti
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: 1000-1200 Azn
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin
çıxışı
Nahar şirkət tərəfindən verilir.
İş saat 07:00-da başlayır.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
