Vakansiya haqqında
“Fateh İnşaat” MMC Korporativ Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan
edir
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, həftədə 5 gün
İş saatları: 09:00–18:00
Nahar fasiləsi: 13:00–14:00
Vəzifə öhdəlikləri
Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının
formalaşdırılması;
Tikinti layihələrinin, tikinti materiallarının, eləcə
də şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya
danışıqlarının aparılması;
Dövlət və özəl müəssisələr, tikinti
şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması;
Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim
olunması;
Satış prosesinin bütün mərhələlərinin — sorğu, qiymət təklifi,
müqavilə, sifariş və icra proseslərinin koordinasiya edilməsi;
Müştərilərdən daxil olan sorğuların qəbulu, qeydiyyatı və operativ
cavablandırılması;
Satış müqavilələrinin hazırlanması, imzalanması və
icrasına nəzarət edilməsi;
Bazarın və rəqiblərin fəaliyyətinin mütəmadi
təhlil edilməsi, inkişafla bağlı rəhbərliyə təkliflərin təqdim olunması;
Aylıq, rüblük və illik satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim
edilməsi;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və
keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
Ali təhsil (biznesin idarə edilməsi, marketinq, menecment, iqtisadiyyat və ya digər
uyğun ixtisaslar üzrə);
Korporativ satış (B2B) sahəsində minimum 1 il iş
təcrübəsi;
Tikinti sektorunda və ya tikinti materiallarının
satışı sahəsində praktiki iş təcrübəsi;
Tikinti bazarı,
məhsullar və müştəri seqmentləri barədə məlumatlı olmaq;
Azərbaycan
dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Microsoft Office
proqramlarında (Word, Excel, PowerPoint və Outlook) sərbəst işləmək bacarığı;
Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Şəxsi keyfiyyətlər
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Aktiv, çevik və təşəbbüskar olmaq;
Danışıqlar
aparmaq və inandırmaq bacarığı;
Məsuliyyətli və intizamlı
olmaq;
Müştəriyönümlü yanaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində
“Korporativ Satış Mütəxəssisi” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
