Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Maliyyə, mühasibatlıq
sahəsində 3 il iş təcrübəsi;
Maliyyə və Mühasibat uçotu sahəsində AR
qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri bilməli
Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı (Rus dili
üstünlükdür)
İdarəeətmə bacarığı
Diqqətcillik
Hesablama
qabiliyyəti
Analitik düşünmə qabiliyyəti
Hesabatlılıq
Vaxtın idarə
edilməsi
Məsuliyyətlilik
1
C8.3 proqramını yüksək səviyyədə bilmək
İş haqqında məlumat:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatı sənədlərində
əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
Şirkət tərəfindən
həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini,
mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət
edir.
Daxil olan və çıxan pul vəsaitinin uçotunu,
mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının (büdcə)
hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit
əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
İlkin mühasibat
sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə
mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət
edir.
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və
digər xərclərin, debitor, kreditor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks
etdirilməsini təmin edir.
Banklara ssudalar üzrə borcların müəyyən olunan
vaxt ərzində verilməsinə nəzarət edir.
Şirkətə gələn mal alış
deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
Uçot sənədlərinin yoxlanılmasını, Əmək haqqının hesablanması və ödənilməsini, Bank
əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, Xəstəlik vərəqələrinin, məzuniyyət və
işçilər işdən azad olduqda onlara kompensasiyanın hesablanmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV,
Əmlak, Torpaq vergisi və Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə
Fakturaların tərtib olunması və göndərilməsi, DSMF, statistika, Məşğulluq İdarələrinə
hesabatlarının hazırlanması və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaların aparılmasını, Debitor və kreditorlarla hesablaşmaların
aparılmasını, Aylıq və illik Büdcə, Mənfəət-zərər, həftəlik və aylıq plan-fakt cash-flow hesabatlarının hazırlanması
təmin edir;
Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin
etməlidir.
Rəhbərliyin digər tapşırıqlarının yerinə
yetirilməsi
İş şəraiti:
6 günlük iş həftəsi
Əmək
Məcəlləsinə əsasən sənədləşmə
Korporativ
nömrə
Əmək haqqı razılaşma yolu ilə.
Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
