Vakansiya haqqında
Təsvir
Kampaniyaların və xüsusi təkliflərin A-dan Z-yə qədər hazırlanması prosesində
iştirak etmək, kampaniya brifinin hazırlanmasından rəy toplanmasına qədər bütün mərhələlərin icrasını təmin
etmək;
Təkliflərin hazırlanması zamanı bazar araşdırmalarında, beynəlxalq
kampaniyaların və oxşar təkliflərin təhlilində iştirak etmək, hədəf müştəri seqmentlərinin ehtiyaclarına uyğun
təkliflərin formalaşdırılmasına dəstək vermək;
Məlumatların idarəedilməsi
komandası ilə əməkdaşlıq edərək kampaniyalar üçün hədəf seqmentlərin müəyyənləşdirilməsində iştirak etmək və
kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
Rəqəmsal inkişaf və
dizayn komandaları ilə birgə çalışaraq vizualların, mətnlərin və açılış səhifələrinin hazırlanmasında iştirak etmək,
yaradıcı proses üzrə tapşırıqları icra etmək və kampaniya mesajlarının düzgün çatdırılmasını təmin
etmək;
Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiya
ssenarilərinin planlaşdırılmasında iştirak etmək, kommunikasiya təqviminin hazırlanmasına və kampaniyaların müxtəlif
kommunikasiya kanalları üzrə icrasına dəstək göstərmək;
Kommunikasiya
proseslərinin düzgün icrası üçün iş axınlarını və asılılıqları anlamaq məqsədilə detallı proses xəritələrinin
hazırlanmasını həyata keçirmək;
Gündəlik olaraq hədəf ssenarilərini
izləmək və analiz etmək, mövcud proseslərdə optimallaşdırma imkanlarını müəyyənləşdirmək və təkmilləşdirmə üzrə
təkliflər vermək;
Müştəri səyahətləri çərçivəsində yaranan texniki və ya
məntiqi uyğunsuzluqları vaxtında aşkar etmək, prosesin düzgün işləməsi üçün müvafiq komandalarla koordinasiyada
iştirak etmək.
Müəyyən edilmiş qaydalar əsasında kampaniya
tetikleyicilərini və əsas hadisələri izləmək;
Mesajlar, vizuallar və
təkliflər üzrə A/B testlərinin keçirilməsində iştirak etmək, nəticələri təhlil edərək əldə olunan nəticələri komanda
ilə bölüşmək.
Tələblər
Bakalavr təhsili;
Minimum 1 il müvafiq iş
təcrübəsi;
Azərbaycan dili – C2 səviyyəsində;
İngilis dili – minimum B1 səviyyəsində;
MS Word, MS
Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
Güclü
yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqların aparılması
bacarığı;
Qərarvermə və problem həll etmə bacarığı;
Təqdimat bacarıqları;
Öyrənməyə açıq olmaq və
dəyişikliklərə çevik uyğunlaşmaq;
Komandada səmərəli işləmək
bacarığı.
İş qrafiki:
5 günlük.
İş yeri:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
