Vakansiya haqqında
Təsvir
Sistem üzrə daxil olan sifarişlərn analizi, ərazi və çatdırılma tarixləri üzrə bölgü
edilməsi;
Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də,
sənədlərin tamlığının yoxlanılması;
Sürücülərin və fəhlələrin gündəlik
olaraq ərazilər üzrə təyin olunması;
Gündəlik olaraq sifarişlərin cari
statuslarının yoxlanılması və yenilənməsi;
Təhvil verilmiş və geri
qaytarılmış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması. Sənədlərin təhvil alınıb yoxlanması və
arxivləşdirilməsi;
Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı
tərəflərdən daxil olan sorğular əsasında daşınmalara aid sənədlərin və məlumatların təqdim
olunması;
Anbara yaxınlaşan müştərilərə yerində xidmət edilməsi, sifariş
etdiyi məhsulun təhvil-təslimi, həmçinin sənədlərin imzalanması;
Daxil
olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli, və aidiyyəti üzrə
yönləndirilməsi;
Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət o
cümlədən nəqliyyat vasitələr üçün lazımi sənədlərin hazırlanması üçün müraciətlərin
göndərilməsi;
Daxil olan sorğular əsasında yüklərin anbarlara,
mağazalara, servis mərkəzlərinə və s. daşınması, o cümlədən, məhsulların müştəri ünvanından götürülməsinin təmin
edilməsi;
Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatıarın
icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması.
Tələblər
Ali (bakalavr) təhsilinin olması;
Dil
bilikləri: Azərbaycan dili, rus dili (arzuolunan) bilməsi;
Müvafiq sahədə
minimum 1 il təcrübənin olması;
MS office proqramlarında sərbəst
işləməsi;
Çatdırılma ərazisini yaxşı tanıması;
Yükdaşıma və təhlükəsizlik qaydalarını bilməsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
