Vakansiya haqqında
Təsvir
SME Kreditləri komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət
edirik. Bu vəzifədə siz kiçik və orta sahibkarlıq (SME) subyektlərinin maliyyə təhlili, kredit layihələrinin
hazırlanması və kredit portfelinin effektiv idarə olunmasında aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
Yeni SME müştərilərinin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi;
SME müştərilərindən daxil olan
kredit müraciətlərinin qəbul edilməsi, biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin
hərtərəfli təhlilinin aparılması
Maliyyə təhlilinin nəticələrinə əsasən
kredit təkliflərinin hazırlanması və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi
Kredit sənədlərinin tam, düzgün və vaxtında hazırlanmasının təmin
edilməsi
Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin
təhlili, kredit risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin
hazırlanması
Kredit portfelinin davamlı monitorinqinin aparılması, ödəniş
intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi
Bankın daxili qaydalarına, prosedurlarına və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun
fəaliyyət göstərilməsi
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya
digər uyğun ixtisas üzrə),
SME kreditləri, biznes kreditlərinin təhlili
və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi
Biznesin maliyyə
təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə dərin
biliklər
Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə
bacarıqları
Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq
bacarığı
Müştəriyönümlü yanaşma, məsuliyyətlilik və
nəticəyönümlülük
MS Excel proqramı ilə sərbəst işləmək
bacarığı
Biz nə təklif edirik?
Azərbaycanın aparıcı banklarından birində peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
SME seqmentində müxtəlif kredit layihələri üzərində işləmək
imkanı;
Güclü peşəkar komanda ilə işləmək və təcrübə mübadiləsi aparmaq
imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya
sistemi;
Davamlı təlim və inkişaf proqramları.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
