Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Business Consulting

Kiçik mühasib

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

“Baku Business Consulting” MMC-yə Kiçik mühasib tələb olunur. Vəzifə öhdəliyi: İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və digər müvafiq sənədlər) hazırlanması, qəbulu, yoxlanılması və sistemləşdirilməsi; Gündəlik bank əməliyyatlarının, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi; Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) mühasibat proqramında işlənilməsi; Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq ödənişlərin icra edilməsi; Statistik hesabatların, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamənin və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara malik olmaq; Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə biliklərə malik olmaq; Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək; Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək Birbaşa rəhbər tərəfindən əmək funksiyalarına uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək. Ümumi tələblər: İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil; Yaş: 20-25; Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq; Komanda ilə işləmə bacarığı. Əmək haqqı: 700 Azn Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin (ingilis dili, rus dili) olması üstünlükdür. Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik mühasib” yazmaqla göndərmələri xahiş olunur. Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.