Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
İstehsalat avadanlıqlarındakı avtomatika və elelktronika ilə bağlı yaranmış
problemləri aradan qaldırır;
Avtomatlaşdırma sistemlərinin (PLC, SCADA,
HMI, VFD və digər idarəetmə sistemləri) texniki vəziyyətini izləyir, diaqnostika və sazlama işlərini həyata
keçirir;
Elektrik sxemləri, idarəetmə sxemləri və texniki sənədlər üzrə
dəyişiklikləri izləyir və aidiyyəti sənədlərin yenilənməsində iştirak edir;
Avtomatlaşdırma və elektronika avadanlıqları ilə bağlı texniki hesabatların, nasazlıq
analizlərinin və görülmüş işlər üzrə məlumatların hazırlanmasında iştirak edir;
Avtomatlaşdırma avadanlıqları üçün tələb olunan ehtiyat hissələri və elektron komponentlərin
texniki uyğunluğunu müəyyən edir, sifariş prosesində iştirak edir;
Sensorlar, icraedici mexanizmlər, idarəetmə modulları və elektron komponentlərin düzgün
işləməsinə nəzarət edir, nasazlıqların aradan qaldırılmasında iştirak edir;
Avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması
üzrə texniki təkliflər hazırlayır;
Tələb olunan təhsil, iş təcrübəsi
Təhsil: Ali təhsil: Proseslərin avtomatlaşdırılması mühəndisi
sahəsində
İş təcrübəsi: Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis
istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi; (istehsal sahəsi üzrə təcrübəsi üstünlükdür)
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün)
İş
saatları: 09:00-18:00;
İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye
Parkı
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ
nömrə;
Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
