Vakansiya haqqında
Təsvir
Uşaq bağçasının yaşıllıq ərazilərində (bağça, uşaq meydançası və ətraf sahələr)
gündəlik təmizlik və səliqə-sahmanı təmin etməli, xüsusilə mövsümi olaraq (payız aylarında) tökülən yarpaqları
mütəmadi təmizləyərək, təhlükəsiz hərəkət mühitini qorumalı;
Müəssisə
daxilində mərkəzdaxili daşıma işlərini təşkil etməli, avadanlıq, material və digər yüklərin təhlükəsiz, səliqəli və
vaxtında daşınmasını təmin etməli;
Bağ ərazisindəki ağac və bitkilərin
suvarılmasını onların növünə, mövsümə və iqlim şəraitinə uyğun şəkildə planlı və davamlı olaraq həyata
keçirməli;
Ərazidəki ot örtüyünün biçilməsini təmin etməli, dekorativ
bitkilərə və çiçəklərə mütəmadi qulluq göstərməli;
Bitkilərin
sağlamlığının qorunması məqsədilə profilaktik və operativ tədbirlər görməli (dərmanlama, budama, torpağın işlənməsi
və digər aqrotexniki qulluq işləri);
Müxtəlif səbəblərdən (donma, quruma,
xəstəlik və s.) zədələnmiş və ya məhv olmuş bitkiləri ərazidən uzaqlaşdırmalı, onların əvəzinə yerli iqlimə uyğun
yeni bitkilərin əkilməsini təmin etməli;
Bağ ərazisini gündəlik olaraq
nəzarətdə saxlamalı, infrastrukturda (divarlar, pilləkənlər, hasarlar, qazanlar, dam örtüyü və s.) yaranan
nasazlıqlar barədə dərhal Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərliyini məlumatlandırmalı və təmir
prosesinin təşkili üçün təşəbbüs göstərməli;
Hovuz və su çənlərinin
sanitariya vəziyyətinə nəzarət etməli, onların ildə minimum iki dəfə təmizlənməsini təmin
etməli;
Həyət və park ərazilərinin daim təmiz, səliqəli və təhlükəsiz
vəziyyətdə saxlanmasını təmin etməli, ərazidə yaranan tullantıları, toz və digər çirklənmələri mütəmadi olaraq
aradan qaldırmalı;
Ərazidə mövcud olan heyvan sığınacaqlarının
təmizliyini təmin etməli, heyvanların gündəlik qidalanmasını və su ilə təminatını həyata keçirməli, hər hansı
xəstəlik və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyi məlumatlandırmalı;
Texniki bilik və səlahiyyətlərini aşan məsələlərdə, əlavə texniki və ya ixtisaslaşmış dəstək
alınması üçün Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərinə müraciət etməli;
Məktəbin bağça və park ərazilərinin daim təmiz, səliqəli və estetik baxımdan uyğun vəziyyətdə
saxlanmasına görə məsuliyyət daşımalı;
Görülmüş işlər və ümumi fəaliyyət
üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlamalı və Təsərrüfat və inzibati dəstək bölməsinin müdirinə təqdim
etməli;
Fəaliyyət sahəsi ilə bağlı məsələlərdə müəssisəni daxili və
zəruri hallarda xarici tərəflər qarşısında təmsil etməli;
Fəaliyyətini
daxili və xarici müştəri məmnuniyyətini əsas götürərək, xidmət keyfiyyətinə uyğun şəkildə həyata
keçirməli;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və
keyfiyyətlə yerinə yetirməlidir.
Tələblər
Minimum 1 il iş təcrübəsi;
Təmizlik
qaydalarını bilməli:
Bitkilərin əkilməsi, qulluq, suvarma sistemləri kimi
texniki bilikləri sahib olmalı;
Sağlamlıq və təhlükəsizlik normalarını,
əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilməli;
Səbirlilik;
Ədalətlilik, məsuliyyət və
dürüstlük;
Fiziki səy;
Hörmət
və qayğıkeşlik
Əməkdaşlıq;
Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.
Iş yeri: Kipina Badamdar filialı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi sığorta
Nahar şirkət tərəfindən
təmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
