Vakansiya haqqında
İş yeri: Bayıl, Sabah Residence
Vəzifə haqqında
TREVA Real Estate daşınmaz əmlak bazarında satışı sistemləşdirən, texnologiya və
nəticə yönümlü yanaşma ilə çalışan şirkətdir.
Hazırda Resale
(ikinci bazar) istiqamətimizi inkişaf etdiririk və bu sahənin qurulmasında iştirak edəcək, satış
proseslərini idarə edə biləcək Resale Satış Məsləhətçisi axtarırıq.
Bu rolda siz daşınmaz əmlak satış prosesinin bütün mərhələlərində iştirak edəcək, müştəri
münasibətlərini idarə edəcək və uğurlu sövdələşmələrin bağlanmasına cavabdeh olacaqsınız.
Əsas vəzifələr:
Satıcılarla əlaqə qurmaq, daşınmaz əmlak obyektlərini analiz etmək və
qiymətləndirmək;
Yeni obyektlərin portfelə əlavə olunması və eksklüziv
əməkdaşlıqların qurulması;
Alıcı müraciətlərini idarə etmək,
ehtiyaclarını müəyyənləşdirmək və uyğun seçimlər təqdim etmək;
Müştərilərlə görüşlərin və daşınmaz əmlak baxışlarının təşkili;
Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə
etmək;
Danışıqları aparmaq və satış nəticələrinə cavabdeh
olmaq;
CRM sistemində müştəri və obyekt məlumatlarını düzgün şəkildə qeyd
etmək.
Namizədə tələblər:
Satış sahəsində minimum 2 il iş təcrübəsi (daşınmaz əmlak, bank, sığorta və ya digər
satış sahələri üstünlükdür);
Güclü ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Satış nəticələrinə fokuslanan və məqsədyönlü
yanaşma;
CRM sistemləri ilə işləmə bacarığı;
Azərbaycan və Rusdilində sərbəst danışıq və yazı
bacarığı;
Müstəqil, məsuliyyətli və aktiv iş prinsipi.
Biz nə təklif edirik:
Stabil aylıq fix əmək haqqı və bonus sistemi;
Nəticələrə əsaslanan yüksək qazanc imkanı;
Yeni
qurulan istiqamətdə inkişaf və liderlik imkanı;
Sistemli iş prosesi və
peşəkar komanda dəstəyi;
Karyera inkişaf imkanları.
TREVA-da satış təsadüfi proses deyil sistemli yanaşmadır. Əgər siz nəticə yönümlü
işləməyi və böyüyən komandanın bir hissəsi olmağı istəyirsinizsə, müraciətinizi gözləyirik.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
