Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Pasha Sığorta ilə əməkdaşlıq çərçivəsində sizin və birinci dərəcəli ailə üzvlərinizin
sığortalanması;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün
texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra
etmək;
Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət
komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək;
İllik
texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini
aparmaq;
Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin
optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək;
Yerli
qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin
etmək;
KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı,
texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət
səviyyəsinə (SLA) nəzarət etmək;
Obyekt idarəçiləri və layihə komandaları
ilə əməkdaşlıq edərək texniki xidmət işlərini koordinasiya etmək;
Kapital
xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək
göstərmək;
Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və
vaxtında hazırlanmasını təmin etmək.
Tələblər:
Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində
bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür);
Texniki xidmət və ya
müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik
təcrübə;
Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə
olunması üzrə təcrübə;
MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji
idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər;
CMMS
proqramları ilə iş təcrübəsi;
Güclü liderlik, analitik düşünmə və
ünsiyyət bacarığı;
Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və
dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;
CEM, PMP, NEBOSH və ya
IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri:
Naftalan şəhəri
CV-lərinizi “Texniki işlər üzrə supervayzer” başlığı
altındaMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
