Vakansiya haqqında
Təsvir
Müştəri sifarişinin qəbulundan təhvilinə qədər bütün mərhələlərin koordinasiya
edilməsi və proseslərə nəzarət olunması;
Ölçü, dizayn, render,
konstruksiya və istehsal mərhələlərinin vaxtında icra olunmasına nəzarət edilməsi;
Material və stok vəziyyətinin, eləcə də istehsal prosesinin nəzarətdə
saxlanılması;
Sifariş üzrə yarana biləcək gecikmə və problemlərin
əvvəlcədən müəyyən edilməsi və onların operativ həlli üçün rəhbərliyin məlumatlandırılması;
Sifarişin icrası prosesində müştəri ilə mütəmadi əlaqənin və müvafiq məlumatlandırmanın təmin
edilməsi;
Çatdırılma, montaj və son təhvil prosesində iştirak
edilməsi;
Sifarişlərin müəyyən edilmiş müddət və keyfiyyət standartlarına
uyğun tamamlanmasına nəzarət edilməsi;
Proseslər üzrə aylıq hesabatların
hazırlanması və təqdim olunmasının təmin edilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus və ingilis dillərini bilməsi
üstünlükdür.
Layihələrin idarə edilməsi və koordinasiyası, mebel,
interyer və ya istehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi;
Mebel
materialları və istehsalat prosesləri haqqında praktiki anlayış;
MS
Office proqramlarında işləmək bacarığı;
Müştərilərlə effektiv
kommunikasiya qurmaq və işgüzar münasibətləri idarə etmək bacarığı;
Vaxtın düzgün idarə edilməsi və müəyyən olunmuş son tarixlərə riayət etmək
bacarığı;
Yüksək məsuliyyətlilik, təşkilatçılıq və sistemli iş
yanaşması;
Problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll
yolları tapmaq bacarığı;
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
