Vakansiya haqqında
İş şəraiti
İş yeri: Dreamland, Bakı
Əməkhaqqı: 1000 AZN / ay
İş qrafiki: Saat 07:30-dan başlayaraq, gündəlik yeməklərin hazırlanması
tamamlanana qədər (təxminən 5 saat).
Ailəmiz üçün dadlı, müxtəlif və sağlam yeməklər hazırlaya bilən, təcrübəli, məsuliyyətli
və yaradıcı xanım aşpaz axtarırıq.
Əsas vəzifə və tələblər:
Sağlam qidalanma, kalori və makronutrientlər (zülal, yağ, karbohidrat) haqqında
yaxşı bilik.
Böyüklər üçün balanslaşdırılmış, zülalla zəngin və dadlı
yeməklərin hazırlanması.
Uşaqlar üçün müxtəlif, faydalı və maraqlı
menyunun hazırlanması, onların yeni yeməklərə və dadlara alışmasına kömək etmək.
Həftəlik menyunun planlaşdırılması və gün ərzində yeyiləcək yeməklərin
hazırlanması.
Mətbəxdə təmizliyə və səliqəyə riayət
edilməsi.
Üstünlük veriləcək:
Sağlam və ya idman qidalanması üzrə hazır yemək hazırlayan şirkətlərdə (healthy
meal prep) iş təcrübəsi.
Uşaqlar üçün yemək hazırlamaq
təcrübəsi.
Rus dilini bilmək.
Şəxsi avtomobilinin olması (Dreamland ərazisinə ictimai nəqliyyat
məhduddur).
Yalnız xanım namizədlər nəzərdən keçirilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
