Vakansiya haqqında
İş yeri: Qaradağ rayonu, Salyan şossesi, Bakı, Azərbaycan
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 08:00–17:00
TengLee Marine & Engineering Sinqapur mənşəli, gəmiqayırma və dəniz mühəndisliyi
sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət Asiya, Yaxın Şərq, Avropa və Xəzər regionunda müxtəlif
miqyaslı dəniz və offshore layihələrini həyata keçirir.
Vəzifə öhdəlikləri:
Əməkdaşların şəxsi işlərinin və HR məlumat bazasının aparılması və
yenilənməsi;
İşçilər haqqında məlumatların düzgünlüyünün yoxlanılması və
sistemləşdirilməsi;
HR sənədlərinin hazırlanması, qeydiyyatı və
arxivləşdirilməsi;
Gündəlik HR inzibati işlərinin və sənədləşmə
proseslərinin dəstəklənməsi;
Ofisə gələn qonaqların qəbulunun təşkili və
lazımi dəstəyin göstərilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə bakalavr təhsili;
Azərbaycan və ingilis dillərini bilmək mütləqdir; rus dilini
arzuolunandır;
MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən
istifadə bacarığı üstünlükdür;
HR proqramları və ya məlumat bazaları ilə
iş təcrübəsi üstünlükdür.
Əmək haqqı və üstünlüklər:
Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
Nahar və servis şirkət tərəfindən təmin edilir;
Peşəkar inkişaf imkanları mövcuddur.
Əlavə məlumat:
İş yerinin Qaradağ rayonunda yerləşdiyini nəzərə alaraq, Yasamal, Bayıl və ya
Lökbatan ərazilərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
