Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş
ərazi)
Vəzifə öhdəlikləri:
Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə
nəzarət edilməsi və xərc uçotunun aparılması;
Layihə üzrə faktiki
xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi
və səbəblərinin araşdırılması;
İcraçı təşkilatlar tərəfindən təqdim
olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması
istiqamətində təkliflərin hazırlanması;
Layihələrin icra qrafikinə uyğun
olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə
qiymətləndirmələrinin aparılması;
Aylıq, rüblük və illik xərc
hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin
tətbiq edilməsi.
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali
təhsil;
Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən
azı 3–5 il iş təcrübəsi;
Tikinti norma və qaydalarını, xərclərə nəzarət
prinsiplərini dərindən bilməli;
AutoCAD, MS Office (xüsusilə peşəkar
səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Analitik
düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd
intizamı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək
imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə
mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
