Vakansiya haqqında
Komandamıza 3D skanlama, rəqəmsal heykəltəraşlıq və modelin 3D çap üçün hazırlanması
mərhələlərini tam icra edə biləcək təcrübəli 3D Dizayner axtarırıq. Namizəd mövcud obyektlərin rəqəmsallaşdırılması,
detallandırılması və fiziki istehsala hazır vəziyyətə gətirilməsindən cavabdeh olacaqdır.
Əsas Öhdəliklər:
Agisoft Metashape vasitəsilə 2D fotoşəkillərdən və skan məlumatlarından dəqiq 3D
modellər və nöqtə buludları (Point Cloud) hazırlamaq.
ZBrush proqramında
skan olunmuş modelləri təmizləmək, yenidən formalaşdırmaq və mürəkkəb 3D detallandırma işləri
aparmaq.
Materialise Magics proqramı ilə 3D modellərin struktur
xətalarını təmir etmək, dayaqlar (support) əlavə etmək və sənaye 3D printerləri üçün çapa
hazırlamaq.
Modellərin ölçü dəqiqliyini və texniki tələblərə uyğunluğunu
yoxlamaq.
Namizədə Olan Tələblər:
Agisoft Metashape, ZBrush və Materialise Magics proqramlarında sərbəst işləmək
bacarığı (mütləqdir).
Fotoqrammetriya və 3D skanlama texnologiyaları
haqqında anlayış.
3D çap texnologiyaları (SLA, SLS, FDM və s.) və
materiallar haqqında biliklər.
Yüksək diqqətlilik, dəqiqlik və texniki
təfəkkür.
Portfolio: Əvvəllər icra olunmuş 3D skan, heykəltəraşlıq və
çapa hazırlıq işlərini əks etdirən nümayiş materialları.
Təklif edirik:
Əmək haqqı: 1500 AZN
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “3 D dizayner” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
