Vakansiya haqqında
Vəzifə haqqında:
"Honours Academy" təmizlik işləri üçün məsuliyyətli və səliqəli xadimə axtarır. İş
ofisin, sinif otaqlarının, dəhlizlərin, pilləkənlərin və tualetlərin təmiz saxlanılmasından
ibarətdir.
Görüləcək işlər:
Ofisi, sinif otaqlarını, dəhlizləri və pilləkənləri təmizləmək;
Döşəmələri, pəncərələri və mebelləri silmək;
Tualetləri təmizləmək və dezinfeksiya etmək;
Gün
ərzində otaqları yoxlamaq, lazım olanda yenidən təmizləmək;
Yuyucu
vasitələr qurtarmaq üzrə olanda rəhbərliyə xəbər vermək.
Tələblər:
Təmizlik işində təcrübə üstünlükdür (vacib deyil);
Gün boyu dinamik, hərəkətli işləyə bilmək;
Səliqəli, təmizkar və məsuliyyətli olmaq;
Tapşırıqları vaxtında yerinə yetirmək;
Yuyucu
vasitələrdən düzgün istifadə etməyi bilmək;
İş yerinə yaxın yaşayanlara
üstünlük veriləcək.
Biz nə təklif edirik:
Sabit iş və səliqəli iş mühiti;
Bir gün
iş, bir gün istirahət;
Bütün təmizlik vasitələri və ləvazimatlar
akademiya tərəfindən verilir;
Yaxşı işə görə əlavə bonus
sistemi.
İş qrafiki:
İş günləri: bir gündən bir
İş saatları:
07:30 – 20:00
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi
35
Özünüz haqqında məlumatları və ya CV-nizi +994 50 228 23 72 nömrəsinə
WhatsApp üzərindən göndərə bilərsiniz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
