Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL
prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir;
Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və
çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir;
Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və
aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir;
Proqramların
texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir;
Verilənlər
bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək
verir;
Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması
və yenilənməsi işlərində iştirak edir;
Məlumat bazası strukturuna
(cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır;
Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak
edir;
İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar
təqdim edir.
Tələblər:
İş təcrübəsi- 1-3 il
Dil biliyi-
Azərbaycan dili- yüksək,İngilis dili-orta
Oracle SQL
PL SQL
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil
operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən
müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi
sığorta;
Müraciət etdüyməsində qeyd olunan
linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
