Vakansiya haqqında
Avant Group tikinti layihələri və korporativ ehtiyaclar üzrə satınalma strategiyasının
formalaşdırılması, tender proseslərinin effektiv idarə edilməsi və təchizat zəncirinin optimallaşdırılması
istiqamətində komandamıza rəhbərlik edəcək Satınalma Departamentinin Direktorunu
axtarır.
Vəzifənin əsas məqsədi satınalma proseslərinin şəffaf, rəqabətli və büdcəyə uyğun
təşkilini, layihələrin vaxtında və fasiləsiz təchizatını, həmçinin kommersiya baxımından optimal şərtlərin əldə
edilməsini təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
Şirkətin satınalma strategiyasını və illik satınalma planını formalaşdırmaq,
icrasına rəhbərlik etmək;
Tikinti layihələri üzrə satınalma
ehtiyaclarını, büdcələri və layihə qrafiklərini təhlil edərək satınalma prioritetlərini
müəyyənləşdirmək;
Tender paketlərinin hazırlanmasını və
komplektləşdirilməsini koordinasiya etmək; BOQ, texniki spesifikasiyalar, çertyoj siyahıları, RFQ və kommersiya
sənədlərinin aidiyyəti bölmələrlə uzlaşdırılmasını təmin etmək;
Tender və
kotirovka proseslərini təşkil etmək, təchizatçıların seçimi və kommersiya təkliflərinin qiymətləndirilməsinə
rəhbərlik etmək;
Təchizatçılarla kommersiya danışıqları aparmaq, qiymət,
ödəniş, çatdırılma və zəmanət şərtlərinin optimallaşdırılmasını təmin etmək;
Satınalma qərarlarının təsdiq edilmiş büdcə, prosedur və səlahiyyət bölgüsünə uyğunluğuna
nəzarət etmək;
Layihə komandaları ilə koordinasiyada material və
avadanlıqların vaxtında çatdırılmasını, təchizat risklərinin müəyyən edilməsini və idarə olunmasını təmin
etmək;
Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərini
və qənaət imkanlarını təhlil etmək;
Satınalma komandasının fəaliyyətini
idarə etmək, əməkdaşların performansını və peşəkar inkişafını təmin etmək.
Namizədə tələblər
İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, logistika, təchizat zəncirinin
idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Satınalma və təchizat
sahəsində minimum 8 il iş təcrübəsi, bunun ən azı 5 ili rəhbər vəzifədə;
Tikinti layihələri üzrə satınalma və tender proseslərinin idarə edilməsində praktiki
təcrübə;
Tender paketlərinin hazırlanması, BOQ və texniki sənədlərin
koordinasiyası, RFQ prosesləri və kommersiya təkliflərinin müqayisəli qiymətləndirilməsi üzrə
təcrübə;
Təchizatçılarla kommersiya danışıqlarının aparılması və müqavilə
şərtlərinin razılaşdırılması bacarığı;
Satınalma büdcəsinin idarə
edilməsi, xərclərin optimallaşdırılması və təchizat risklərinin idarə olunması üzrə biliklər;
ERP sistemləri və MS Excel üzrə yüksək səviyyədə bilik;
Azərbaycan dilini sərbəst bilmək, ingilis dili üzrə minimum B2 səviyyəsi; rus dili biliyi
üstünlükdür;
CIPS və ya digər beynəlxalq satınalma sertifikatlarının
olması üstünlükdür.
Biz nə təklif edirik?
Strateji əhəmiyyətli rəhbər vəzifədə çalışma imkanı;
Böyükmiqyaslı tikinti və inkişaf layihələrinin satınalma proseslərinə rəhbərlik etmək
imkanı;
Peşəkar və dinamik iş mühiti;
Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Departamentinin
Direktoru” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
