Vakansiya haqqında
Vəzifənin məqsədi:
Təşkilatın inzibati binasında təhlükəsizliyin təmin edilməsi, giriş-çıxış rejiminə
nəzarət, təhlükəsizlik sistemlərinin fasiləsiz monitorinqi, mümkün insidentlərin vaxtında aşkarlanması və müəyyən
edilmiş prosedurlara uyğun ilkin tədbirlərin görülməsi.
Əsas vəzifə öhdəlikləri:
Binaya daxil olan və binanı tərk edən əməkdaşların, ziyarətçilərin və digər
şəxslərin giriş-çıxışına müəyyən edilmiş qaydalar əsasında nəzarət etmək;
Şəxslərin qeydiyyatı, giriş icazələrinin yoxlanılması və buraxılış rejiminin tələblərinə əməl
olunmasını təmin etmək;
Videomüşahidə, girişə nəzarət, müdaxilə
siqnalizasiya və yanğın siqnalizasiya sistemlərinin göstəricilərini izləmək;
Müəyyən edilmiş marşrut və qrafiklər üzrə müşahidə və yoxlama tədbirlərini həyata
keçirmək;
Şübhəli davranışları, icazəsiz giriş cəhdlərini, təhlükəsizlik
qaydalarının pozulmasını və texniki nasazlıqları vaxtında aşkar etmək, dərhal növbə rəhbərinə məlumat
vermək;
İnsidentlər zamanı təsdiq edilmiş prosedurlara uyğun ilkin
tədbirlər görmək, zərurət yarandıqda müvafiq operativ xidmətlərlə əlaqələndirməni təmin etmək;
Yanğın, fövqəladə hal və təxliyə zamanı müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun
hərəkət etmək;
Təhlükəsizlik hadisələrini, növbə ərzində görülmüş
tədbirləri və aşkar edilmiş çatışmazlıqları müvafiq jurnallarda və ya elektron sistemlərdə qeyd
etmək;
Növbənin təhvil-təslimini müəyyən edilmiş qaydada həyata
keçirmək;
Xidməti məlumatların məxfiliyini qorumaq, daxili qaydalara və
peşəkar davranış standartlarına riayət etmək;
Rəhbərlik tərəfindən vəzifə
funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair tələblər:
Azərbaycan Respublikası vətəndaşı olmaq;
Kişi namizədlər üçün müddətli həqiqi hərbi xidməti keçmiş olmaq;
Mühafizə və təhlükəsizlik sistemləri ilə işləmək, müşahidə və məlumatların qeydiyyatını
aparmaq bacarığı;
Kompüterdən və gündəlik ofis proqramlarından istifadə
bacarığı;
Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış
qaydaları barədə məlumatlı olmaq;
Yüksək diqqətlilik, məsuliyyətlilik,
intizamlılıq və etibarlılıq;
Gərgin vəziyyətlərdə təmkinli davranmaq,
düzgün qərar qəbul etmək və təlimatlara uyğun hərəkət etmək bacarığı;
Komandada işləmək və əməkdaşlarla, ziyarətçilərlə nəzakətli ünsiyyət qurmaq
bacarığı;
Növbəli, o cümlədən gecə qrafiki ilə işləməyə hazır
olmaq;
Sağlamlıq və digər uyğunluq tələblərinə cavab
vermək:
Boy: kişilər üçün minimum 175 sm, qadınlar üçün minimum 165
sm;
Bədən kütləsi indeksi (BKİ): 18,5–29,9 aralığında olmalıdır; bu
hədddən kənarlaşma tibbi rəy əsasında dəyərləndirilir;
Üstünlük hesab edilən meyarlar:
Ali təhsil;
Təhlükəsizlik və ya mühafizə
sahəsində 1–3 il iş təcrübəsi;
İri ofis binalarında, korporativ və ya
institusional mühitdə mühafizə təcrübəsi;
Hüquq-mühafizə, fövqəladə
hallar və ya müvafiq təhlükəsizlik sahələrində iş təcrübəsi;
İlk yardım
və yanğın təhlükəsizliyi üzrə müvafiq təlim və ya sertifikatlar;
İngilis
və/və ya rus dili biliyi.
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi və sabit əmək haqqı;
Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət;
Könüllü tibbi sığorta;
İdman zallarına üzvlük
paketi.
Vakansiya həm kişi, həm də qadın namizədlər üçün açıqdır.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
