Vakansiya haqqında
“CAN-PA” MMC-yə “Satınalma üzrə menecer” vakansiyasına işçi tələb
olunur.
Vəzifə öhdəlikləri:
Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın
alınması;
İdxal/İxrac və logistika proseslərinin koordinasiyasında
iştirak;
Təchizatçıların araşdırılması, seçilməsi və yeni təchizatçıların
cəlb edilməsi;
Təchizatçılarla müqavilə və sənədləşmə proseslərini
koordinasiya etmək;
Xammal və materialların qalıqlarını izləmək və
istehsal planına uyğun satınalma ehtiyaclarını müəyyənləşdirmək;
Qiymət,
keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
Vəzifə
öhdəliklərinin vaxtında və dəqiq yerinə yetirilməsi.
Xarici ölkələrdən
malların vaxtında sifarişi və ölkəyə çatdırılmasının təşkil edilməsi;
Tələblər:
Satınalma və ya təchizat sahəsində minimum 3–5 il (mütləq
şərt);
İngilis dili biliyi minimum B2/C1 səviyyəsində (yazılı və
şifahi)
MS Office proqramlarında sərbəst işləmək
bacarığı
Maşını olması mütləqdir
Cinsi: Bəy namizədlər
Yaş
həddi:24-40
Təklif edirik:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Nahar şirkət tərəfindən verilir
İş qrafiki: Bazar
ertəsi – Cümə günü (5 gün);
İş vaxtı: 08:00–17:00;
Əmək haqqı: 900-1200 Azn (Əlavə bonus )
Müraciət üçün: (051) 240 95 68 (whatsapp)-na CV-lərinizi göndərə bilərsiniz. Və ya
CV-nizi mövzu yerinə “Satınalma üzrə menecer”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
