Vakansiya haqqında
2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International
Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə
birləşdirir.
10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və xaricdə təhsil sahəsində
bizimlə birlikdə inkişaf etmək istəyən peşəkar mütəxəssisi komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkə, universitet və təhsil
proqramları üzrə konsultasiya vermək;
Tələbələrin məqsəd və akademik
göstəricilərinə uyğun universitet və proqram seçimində dəstək olmaq;
Xarici universitetlər və təhsil müəssisələri haqqında araşdırmalar aparmaq, yeni
tərəfdaşlıqlar qurmaq;
Universitetlərə qəbul, qeydiyyat və müraciət
proseslərini koordinasiya etmək;
CV, motivasiya məktubu və digər müraciət
sənədlərinin hazırlanmasında tələbələrə istiqamət vermək;
Təqaüd
imkanları, qəbul şərtləri və müraciət tarixləri haqqında məlumatlandırmaq;
Tələbələrlə mütəmadi əlaqə saxlamaq və müraciət prosesinin bütün mərhələlərini
izləmək.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi mütləqdir);
Xaricdə təhsil sahəsində minimum 1 il iş təcrübəsi;
İngilis dili biliyi minimum B2 səviyyəsində;
Rus
dili biliyi üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və konsultasiya
bacarıqları;
Analitik düşüncə və araşdırma aparmaq
qabiliyyəti;
MS Office proqramlarında sərbəst işləmək
bacarığı;
Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək
bacarığı;
Satış və müştəri münasibətlərinin idarə olunması bacarıqları
üstünlükdür.
İş şərtləri
Tam-ştat iş rejimi;
Əmək haqqı müsahibə
əsasında müəyyən edilir;
Peşəkar inkişaf və təlim
imkanları;
CV-nizi mövzu hissəsində “Xaricdə Təhsil üzrə Koordinator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin.
10 illik təcrübəmizə qoşulun, beynəlxalq təhsilin gələcəyini bizimlə qurun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
