Vakansiya haqqında
CASPOS MMC komandamıza “Proqram təminatı üzrə satış mütəxəssisi”
axtarırıq.
Məsuliyyət və vəzifələr:
Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial
müştərilərə təqdimatlar etmək;
Müştərilərlə görüşlər (online və oflayn)
keçirmək, demo təqdimatlar aparmaq;
Yeni müştəriləri cəlb etmək, mövcud
müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək;
Müştəri
ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək;
Qarşıya
qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək;
Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak
etmək;
Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini
izləmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq
təmin etmək.
Tələblər:
Ali təhsil;
Microsoft Office proqramları
(xüsusilə Excel) bilmək;
CRM sistemlərində işləmə
təcrübəsi;
Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri
barədə ümumi biliklər;
Azərbaycan dili – səlis, rus və ingilis dillərini
bilmək arzuolunandır;
Minimum 1 il B2B satış təcrübəsi (proqram təminatı
və ya texnologiya sahəsində olması üstünlükdür).
Fərdi keyfiyyətlər:
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı;
Analitik düşüncə və problemlərin həllinə yönəlmək;
Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq;
Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş
qrafiki: 5 günlük, 09:00–18:00;
Korporativ nömrə və danışıq balansı təmin
edilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirmə.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu
hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
