Vakansiya haqqında
İctimaiyyətlə əlaqələr şöbəsi İdarənin korporativ imicinin gücləndirilməsi, fəaliyyətinin
ictimaiyyətə təqdim olunması və tarixi-mədəni irsin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qrafik dizayner İdarənin vizual kimliyinin inkişaf etdirilməsi, yaradıcı
dizayn konsepsiyalarının, rəqəmsal və çap materiallarının, eləcə də animasiyalı vizual kontentin hazırlanmasına və
mədəni layihələrin vizual kommunikasiya baxımından dəstəklənməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri:
İdarənin kommunikasiya məqsədlərinə və korporativ vizual kimliyinə uyğun yaradıcı
dizayn konsepsiyalarının və qrafik həllərin hazırlanması;
Sosial media
platformaları, rəsmi veb-sayt və digər rəqəmsal kanallar üçün vizual kontentin, infoqrafikaların, bannerlərin və
digər qrafik materialların hazırlanması;
Rəqəmsal kommunikasiya kanalları
üçün motion design elementlərinin, 2D animasiyaların, hərəkətli tipoqrafiyanın və digər dinamik vizual materialların
hazırlanması;
Yerli və beynəlxalq tədbirlər, sərgilər, festivallar,
konfranslar və mədəni layihələr üçün vahid vizual konsepsiyaların, animasiyalı afişaların, dinamik bannerlərin və
digər dizayn materiallarının hazırlanması;
Kataloq, buklet, broşür,
kitabça, illik hesabat, dəvətnamə və digər nəşr və poliqrafiya məhsullarının qrafik tərtibatının və səhifələnməsinin
həyata keçirilməsi;
Sərgi və ekspozisiya məkanları, muzeylər və digər
ictimai sahələr üçün məlumatlandırıcı və istiqamətləndirici lövhələrin, stendlərin, fotopanellərin və digər vizual
elementlərin dizayn edilməsi;
İçərişəhər və Qala qoruqlarının
tarixi-mədəni irsinin, muzeylərin və turizm potensialının tanıdılmasına yönəlmiş kreativ vizual materialların
hazırlanması;
Korporativ təqdimatların, kommunikasiya kampaniyalarının və
müxtəlif layihələrin vizual tərtibatının həyata keçirilməsi, ilkin eskizlərin və alternativ dizayn həllərinin təqdim
edilməsi;
Video materiallar üçün animasiyalı mətnlərin, intro/outro
elementlərinin, keçidlərin, infoqrafikaların və digər hərəkətli qrafik elementlərin
hazırlanması;
Fotoşəkillərin və digər vizual materialların retuşu, rəng
korreksiyası və qrafik emalının həyata keçirilməsi;
Dizayn
materiallarının müxtəlif rəqəmsal və çap formatlarına uyğunlaşdırılması, çapöncəsi texniki hazırlığının təmin
edilməsi və yekun məhsulun təsdiqlənmiş dizayna uyğunluğunun yoxlanılması;
İdarənin və tabeliyindəki qurumların vizual kommunikasiya materiallarında vahid korporativ
üslubun qorunması, dizayn şablonlarının və qrafik elementlər sisteminin hazırlanması;
Dizayn tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrası, aidiyyəti struktur bölmələrlə
koordinasiyanın təmin edilməsi və hazırlanmış dizayn fayllarının sistemləşdirilərək elektron arxivinin
aparılması.
Namizədə tələblər:
Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil (müvafiq
peşəkar təcrübə və güclü portfolio nəzərə alına bilər);
Qrafik dizayn
sahəsində ən azı 2 il iş təcrübəsi;
Adobe Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar səviyyədə işləmək
bacarığı;
Adobe After Effects proqramında animasiyalı qrafik
materialların və sadə 2D animasiyaların hazırlanması üzrə praktiki təcrübə;
Motion design prinsipləri, hərəkətli tipoqrafiya, animasiya keçidləri və vizual dinamika üzrə
bilik və bacarıqlar;
Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi, vizual
iyerarxiya və brend dizayn prinsipləri üzrə əsaslı biliklər;
Rəqəmsal və
çap məhsullarının dizaynı, səhifələnməsi və çapöncəsi hazırlığı üzrə praktiki təcrübə;
Statik və animasiyalı dizayn materiallarının müxtəlif rəqəmsal platformaların texniki
tələblərinə uyğun hazırlanması bacarığı;
Müasir dizayn və motion design
tendensiyalarını izləmək, onları layihələrin məqsədlərinə uyğun tətbiq etmək bacarığı;
Yaradıcı və konseptual düşüncə, yüksək estetik zövq və detallara diqqət;
Paralel layihələr üzərində işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş
icra müddətlərinə riayət etmək bacarığı;
Komandada işləmək, konstruktiv
rəyləri nəzərə almaq və dizayn qərarlarını əsaslandırmaq bacarığı;
Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
Statik dizayn və motion design üzrə iş nümunələrini əks etdirən portfolionun təqdim
edilməsi.
Əlavə üstünlüklər:
Adobe Premiere Pro proqramında video montaj və postproduksiya üzrə iş
təcrübəsi;
Figma və digər müasir dizayn alətlərindən istifadə
bacarığı;
3D animasiya və vizuallaşdırma proqramları ilə işləmək
bacarığı;
Mədəniyyət, turizm, muzey, sərgi və ya yaradıcı kommunikasiya
layihələrində qrafik dizayn və motion design üzrə iş təcrübəsi;
Brend
kimliyi və vizual üslub üzrə təlimatların (brand guidelines) hazırlanması təcrübəsi.
Biz nə təklif edirik?
Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılmasına yaradıcı töhfə
vermək, yerli və beynəlxalq mədəni layihələrin vizual kimliyinin formalaşdırılmasında iştirak etmək, tarixi irslə
müasir dizayn yanaşmalarını birləşdirən layihələr üzərində işləmək və peşəkar komandada yaradıcılıq potensialını
inkişaf etdirmək imkanı.
Maraqlanan namizədlərdən CV və portfoliolarını “Qrafik dizayner” mövzusu
ilə Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
