Vakansiya haqqında
Təsvir
Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra
vəziyyətini izləmək;
İllik və orta müddətli strateji planların
hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək
göstərmək;
Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə
göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr
aparmaq;
Layihə planlarının, fəaliyyət cədvəllərinin, status
hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;
Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların
izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək;
Strateji və
layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları
hazırlamaq;
Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü,
tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını
izləmək;
Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri
fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq;
Layihə idarəetmə
prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər
hazırlamaq;
Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin
təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək;
Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə
tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
Tələblər
Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr
dərəcəsi;
Strategiya, layihələrin idarə olunması, biznes analitikası və
ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;
Güclü analitik düşünmə və
problem həll etmə bacarıqları;
Böyük həcmli məlumatları toplamaq,
sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək
bacarığı;
Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft
Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Mürəkkəb
məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv
kommunikasiya bacarıqları;
Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət
bacarığı üstünlükdür;
Strategiya konsaltinqi, biznes təhlili, strateji
planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Həyat yığım sığortası;
Könüllü tibbi
sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
