Vakansiya haqqında
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin
icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və
ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün
mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd
olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
Müştəri sorğu və şikayətlərini müvaviq proqram , telefon, e-poçt və sosial media
vasitəsilə qəbul etmək və cavablandırmaq.
Müştərilərə velosiped kiralama
prosesləri, qiymətlər və mövcud kampaniyalar haqqında dəqiq məlumatlar vermək.
Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək səviyyədə xidmət standartlarını təmin
etmək.
Müştəri şikayətlərini səbirli və peşəkar şəkildə həll
etmək.
Müştəri rəyləri və təklifləri əsasında xidmət keyfiyyətinin
yaxşılaşdırılması üçün təkliflər vermək.
Tələblər:
Xanım namizədlər
Müştəri xidmətləri
sahəsində minimum 6 ay iş təcrübəsi
Mükəmməl şifahi və yazılı
ünsiyyət bacarıqları
Problem həlli bacarıqları və yüksək səviyyədə
müştəriyönümlülük
Komanda işində uğur qazanmaq və müstəqil işləmə
qabiliyyəti
Azərbaycan dili-səlis, rus və ingilis
dili-arzuolunan
Biz nə təklif edirik?
Gənc və dinamik kollektivdə işləmək
fürsəti
Şəhər mərkəzində iş
yeri
İş rejimi: dəyişkən
İş vaxtı: 08.00-17.00 və ya 09.00-18.00 (ofisdən) və 14.00-23.00
(distant)
Əgər bilik və bacarıqlarınıza güvənir
həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri
xidmətləri mütəxəssisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərmənizi xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
