Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
İşçilərin aylıq əməkhaqqını, avanslarını, mükafatlarını və digər ödənişlərini
hesablamaq;
Əməkhaqqı üzrə vergiləri, sosial sığorta və digər məcburi
tutulmaları hesablamaq;
Məzuniyyət, xəstəlik, son haqq-hesab və
kompensasiya hesablamalarını aparmaq;
Davamiyyət və iş vaxtı tabellərini
yoxlamaq, artıq iş və növbəli iş üzrə hesablamaları aparmaq;
Əməkhaqqı
cədvəllərini və bank ödəniş siyahılarını hazırlamaq, mühasibatlıqla uzlaşdırmaq;
İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və işdən azad olunma üzrə sənədləri
hazırlamaq;
Əmək müqavilələri və dəyişikliklərlə bağlı ƏMAS üzərindən
əməliyyatları icra etmək;
İşçilərin şəxsi işlərini, məzuniyyət
qalıqlarını və kadr uçotunu aparmaq;
Əməkhaqqı və işçi sayı üzrə
rəhbərliyə hesabatlar təqdim etmək;
İşçilərin əməkhaqqı və kadr
məsələləri üzrə müraciətlərini cavablandırmaq;
Əməkhaqqı və şəxsi
məlumatların məxfiliyini qorumaq.
Namizədə
tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat, insan resursları və ya əlaqəli sahə üzrə ali
təhsil;
Payroll və kadr uçotu üzrə minimum 3 il iş
təcrübəsi;
Əməkhaqqı hesablanmasını və kadr sənədləşməsini müstəqil
aparmaq bacarığı;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi və
əməkhaqqına aid vergi, sığorta qaydaları üzrə biliklər;
ƏMAS və elektron
hesabat sistemləri ilə işləmək bacarığı;
Excel üzrə yaxşı
biliklər;
Mikro və ya digər əməkhaqqı/kadr proqramı ilə iş
təcrübəsi;
Azərbaycan dilində səlis yazılı və şifahi
ünsiyyət;
Dəqiqlik, məsuliyyət, nəticə yönümlülük.
Üstünlük
veriləcək:
İstehsalat müəssisəsində və çoxsaylı işçi heyəti ilə iş
təcrübəsi;
Növbəli iş rejimi və saatlıq əməkhaqqı hesablamaları üzrə
təcrübə;
Əməkhaqqı fondu üzrə büdcə və xərc təhlili aparmaq
bacarığı.
Əmək şəraiti:
Rəsmi əmək müqaviləsi;
Əmək haqqı: bilik
və təcrübəyə uyğun 1 500–2 000 (net) AZN əməkhaqqı;
Bazar ertəsi–cümə,
saat 09:00–18:00. Şənbə və bazar istirahət günləridir.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
