Vakansiya haqqında
Təsvir
Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək
standartlarını təmin etmək;
Müştəri sifarişlərinin vaxtında və effektiv
icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;
Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək
göstərmək;
Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri
məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil
etmək;
Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün
aparılmasını və yenilənməsini təmin etmək;
Satış göstəriciləri üzrə
hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
Satış
strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin
etmək;
Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv
fəaliyyətinə nəzarət etmək;
Mağazaların maddi vəsait ehtiyaclarını
müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;
Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri
ilə dəstək göstərmək;
Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara
və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək.
İş qrafiki:
5 günlük
09:00-18:00
Tələblər
Təhsil:
Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
Təcrübə:
Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4
il iş təcrübəsi;
İdarəetmə sahəsində təcrübə.
Peşəkar bilik və bacarıqlar:
CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər;
Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması
bacarığı;
Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı
davranışları üzrə biliklər;
Əməkdaşların təlimi, inkişafı və mentorluğu
üzrə təcrübə.
Şəxsi keyfiyyətlər:
Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək
bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Karyera
yüksəlişi
Servis ximdəti
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
