Vakansiya haqqında
Maliyyə hesabatlarının hazırlanması
Aylıq, rüblük və illik maliyyə hesabatlarını (mənfəət və zərər hesabatı, balans, pul
vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər hesabatı) IFRS Standartlarına uyğun
hazırlamaq.
Maliyyə hesabatlarına izahlı qeydləri
hazırlamaq.
Dövlət orqanlarına, səhmdarlara, banklara və digər maraqlı
tərəflərə təqdim olunan hesabatları vaxtında və dəqiq hazırlamaq.
Dövr sonu bağlanışı və uçotun düzgünlüyü
Ay sonu və il sonu bağlanış prosesini koordinasiya etmək, bağlanış qrafikinə əməl
olunmasına nəzarət etmək.
Hesablanmış xərclər, təxirə salınmış gəlirlər,
amortizasiya, ehtiyatlar və digər düzəliş yazılışlarını hazırlamaq və yoxlamaq.
Baş kitab hesablarının yardımçı uçot registrləri, bank çıxarışları və kontragentlərlə
üzləşdirilməsini (reconciliation) aparmaq və fərqləri aradan qaldırmaq.
Debitor və kreditor borcların düzgünlüyünün yoxlanılması və nəzarət. Üzləşdirmə aktlarının
hazırlanmasında iştirak etmək.
Maliyyə nəzarəti və daxili nəzarət
Maliyyə əməliyyatlarının daxili qaydalara, uçot siyasətinə və qanunvericiliyə
uyğunluğuna nəzarət etmək.
Daxili nəzarət prosedurlarını hazırlamaq,
tətbiqini izləmək və onların effektivliyini qiymətləndirmək.
Ödənişlərin,
xərclərin və müqavilə öhdəliklərinin təsdiq limitlərinə və büdcəyə uyğunluğunu yoxlamaq.
Risk sahələrini, uyğunsuzluqları müəyyən edib rəhbərliyə məlumat vermək.
Büdcə nəzarəti və idarəetmə hesabatlığı
Faktiki göstəriciləri büdcə və proqnozlarla müqayisə etmək, kənarlaşmaların
(variance analysis) səbəblərini təhlil etmək.
Rəhbərlik üçün idarəetmə
hesabatlarını, əsas maliyyə göstəricilərini (KPI) və analitik panelləri hazırlamaq.
Büdcə və proqnozlaşdırma prosesində iştirak etmək, struktur bölmələrə metodiki dəstək
göstərmək.
Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər
hazırlamaq.
Vergi və tənzimləyici hesabatlıq
Vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək və ya onların maliyyə uçotu
məlumatları ilə uyğunluğunu yoxlamaq.
Statistika orqanlarına və digər
tənzimləyici qurumlara təqdim olunan hesabatların vaxtında təqdimatını təmin etmək.
Qanunvericilikdə və standartlarda baş verən dəyişiklikləri izləmək və onların şirkətə təsirini
qiymətləndirmək.
Audit və yoxlamalara dəstək
Xarici və daxili auditlər, vergi yoxlamaları zamanı lazımi sənədləri və izahatları
hazırlamaq.
Auditor tövsiyələrinin icrasına nəzarət
etmək.
Uçot siyasəti və proseslərin təkmilləşdirilməsi
Uçot siyasətinin, daxili təlimatların və hesabatlıq prosedurlarının hazırlanmasında
və yenilənməsində iştirak etmək.
Hesabatlıq proseslərinin
avtomatlaşdırılması və ERP/mühasibat sistemlərinin (1C, SAP, Oracle və s.) səmərəli istifadəsi üzrə təkliflər
vermək.
Maliyyə məlumatlarının bütövlüyünü, məxfiliyini və
arxivləşdirilməsini təmin etmək.
Digər öhdəliklər
Digər struktur bölmələrlə (satınalma, satış, hüquq, İR) maliyyə məsələləri üzrə
əməkdaşlıq etmək.
Rəhbərliyin verdiyi digər tapşırıqları vəzifə
səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr
üzrə);
Mühasibat uçotu, hesabatlıq və ya vergi sahəsində minimum 2–3 il
iş təcrübəsi;
Maliyyə hesabatlarının hazırlanması təcrübəsi, IFRS
Standartlarını bilmək;
“Mühasibat uçotu haqqında” Qanunu və uçot
prosedurlarını dərindən bilmək;
Azərbaycan Respublikasının Vergi
Məcəlləsini dərindən bilmək və vergi bəyannamələrinin yoxlanılması təcrübəsi;
1C:Mühasibat proqramında sərbəst işləmək bacarığı (ay sonu bağlanışı, dövriyyə-saldo cədvəli,
hesab təhlili);
e-taxes.gov.az şəxsi kabineti ilə işləmək
bacarığı;
MS Excel-i yüksək səviyyədə bilmək (Pivot Table,
VLOOKUP/XLOOKUP, SUMIFS, məlumatların üzləşdirilməsi);
Yüksək
diqqətlilik, məsuliyyətlilik, son tarixlərə əməl etmək və məxfi məlumatlarla işləmə bacarığı;
Azərbaycan dili – sərbəst, İngilis dili bilikləri üstünlükdür;
ACCA, DipIFR və ya oxşar peşəkar sertifikatların olması üstünlükdür.
Təklif edilir:
Tibbi Sığorta;
Korporativ
nömrə;
Nahar təminatı;
Dinamik
mühitdə işləmək və inkişaf şansı;
Rahat və müasir ofis.
İş şəraiti:
İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski
Plaza;
5/7 iş qrafiki, iş
vaxtı: 09:00-dan 18:00-dək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hesabatlılıq və Maliyyə
Nəzarəti üzrə Mütəxəssis” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
