Vakansiya haqqında
Vəzifəyə tələblər:
Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali
təhsil;
Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş
təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır;
Komandanın idarə
edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin
effektiv həlli bacarığı;
Kənd təsərrüfatı istehsalının planlaşdırılması,
aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və
bacarıqlar;
Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və
qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
MS Office
proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək,
istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri
üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və
aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər
vermək;
Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal
planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının
yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət
etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat
vermək;
İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat
xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət
etmək;
Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq,
mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin
etmək.
İş şəraiti
İş ünvanı:Qubadlı
İş qrafiki:5 günlük, bazar ertəsi-cümə günləri
09:00-18:00
Nahar və qalacaq yer şirkət tərəfindən təmin
edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi” qeyd etməyiniz
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
