Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən
tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən
olunur
İş yeri: Mayak Residence layihəsi (Zığ
qəsəbəsi)
İşin Təsviri:
Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak
etmək, təsdiq edilmiş planların icrasını təşkil və koordinasiya etmək;
Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal
proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
Reklam agentlikləri,
çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar işgüzar yazışmalar və tapşırıqların icrasının
koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərini toplamaq,
müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və
quraşdırılması proseslərini koordinasiya etmək;
Reklamların təsdiq
edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin
etmək;
Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların,
sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək;
Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam
materiallarının hazırlanmasını koordinasiya etmək;
Layihələr üzrə
marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin
etmək;
Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması
fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək;
Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini
təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq;
Namizədə Tələblər:
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil;
Marketinq və ya reklam sahəsində minimum 3 il iş
təcrübəsi;
Marketinq strategiyasının planlaşdırılması, reklam
kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə;
Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında
biliklər;
Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində
təcrübə;
Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq
qabiliyyəti;
Microsoft Office proqramlarında (xüsusilə Excel və
PowerPoint) işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı
bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
Tikinti sahəsində
marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd
edərək,Müraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
