Vakansiya haqqında
İstehsalat sektoru
Karton qutu və qablaşdırma məhsullarının istehsalı ilə məşğul olan müəssisəmiz istehsal
proseslərinin fasiləsizliyini təmin etmək, stoklara nəzarəti gücləndirmək və resurslardan səmərəli istifadəni təşkil
etmək məqsədilə Təchizat üzrə menecer vəzifəsinə peşəkar mütəxəssis axtarır.
Bu vəzifənin əsas məqsədi istehsal planlarının material ehtiyacları ilə uzlaşdırılması,
stok səviyyələrinin optimallaşdırılması və müəssisədaxili təchizat proseslərinin effektiv idarə
edilməsidir.
Əsas vəzifə öhdəlikləri
İstehsalın planlaşdırılması
Sifarişlər, istehsal gücü və mövcud resurslar əsasında istehsal planlarının
hazırlanmasında iştirak etmək;
İstehsalın material ehtiyaclarını və
təminat müddətlərini müəyyənləşdirmək;
İstehsal, anbar, satınalma və
satış bölmələri arasında koordinasiyanı təmin etmək;
İstehsal planından
kənarlaşmaları izləmək, gecikmə və resurs çatışmazlığı risklərini əvvəlcədən müəyyən etmək;
Təcili sifarişlərin mövcud istehsal planına təsirini təhlil etmək və prioritetləşdirməni
koordinasiya etmək.
Stokların təhlili və planlaşdırılması
Xammal, qablaşdırma materialları və digər istehsal ehtiyatlarının stok səviyyələrini
mütəmadi təhlil etmək;
İstehlak dinamikası, sifarişlər və istehsal
planları əsasında materiallara tələbat proqnozlarını hazırlamaq;
Minimum
və maksimum stok səviyyələrini, təhlükəsizlik ehtiyatını və sifariş nöqtələrini
müəyyənləşdirmək;
Stok çatışmazlığı, artıq ehtiyat, hərəkətsiz və
dövriyyəsi zəif olan materialları müəyyən etmək;
Stok dövriyyəsi və
material təminatı üzrə hesabatlar hazırlamaq, optimallaşdırma təklifləri vermək;
Faktiki stok məlumatları ilə plan göstəricilərinin uyğunluğunu izləmək və aşkar edilmiş
uyğunsuzluqların aradan qaldırılmasını əlaqələndirmək.
Daxili təchizatın təşkili
İstehsal sahələrinin və digər struktur bölmələrinin material ehtiyaclarını toplamaq
və sistemləşdirmək;
Təsdiqlənmiş plan və daxili sifarişlər əsasında
materialların tələb olunan vaxtda, lazımi miqdarda təmin edilməsini koordinasiya etmək;
Anbarla istehsal sahələri arasında materialların hərəkətinə və təhvil prosesinə nəzarət
etmək;
Material çatışmazlığı və təchizat gecikmələri barədə aidiyyəti
bölmələri vaxtında məlumatlandırmaq;
Daxili sifarişlərin icra vəziyyətini
izləmək və təminat üzrə prioritetləri müəyyənləşdirmək;
Satınalma
bölməsinə təqdim ediləcək material ehtiyaclarının vaxtında və düzgün formalaşdırılmasını təmin
etmək.
Hesabatlılıq və proseslərin təkmilləşdirilməsi
İstehsal planı, material tələbatı, stok vəziyyəti və daxili təchizat üzrə müntəzəm
hesabatlar hazırlamaq;
Stok çatışmazlığı və istehsal dayanması hallarının
səbəblərini təhlil etmək;
Materialların istifadəsi və ehtiyatların idarə
olunması üzrə səmərəliliyin artırılması üçün təkliflər vermək;
ERP və ya
digər uçot sistemlərində planlama və stok məlumatlarının düzgünlüyünün təmin edilməsində iştirak
etmək.
Namizədə dair tələblər
Ali təhsil — logistika, təchizat zəncirinin idarə edilməsi, iqtisadiyyat,
mühəndislik və ya əlaqəli sahələr üzrə;
İstehsalat müəssisəsində
planlama, material ehtiyaclarının hesablanması, stokların idarə edilməsi və ya daxili təchizat sahəsində minimum 3
il iş təcrübəsi;
İstehsal müəssisələrində xammal və material
ehtiyatlarının idarə edilməsi təcrübəsi üstünlük təşkil edir;
İstehsal
planlaması və material tələbatının hesablanması prinsiplərini bilmək;
Minimum/maksimum stok, təhlükəsizlik ehtiyatı, stok dövriyyəsi və sifariş nöqtəsi
anlayışlarını praktik tətbiq etmək bacarığı;
MS Excel üzrə yaxşı
biliklər; ERP və ya anbar-uçot sistemləri ilə iş təcrübəsi;
Analitik
düşüncə, dəqiqlik, planlama və koordinasiya bacarıqları;
Eyni vaxtda bir
neçə sifariş və prioritet üzrə işləmək bacarığı.
CV-nizi mövzu hissəsində “Təchizat üzrə menecer” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına təqdim edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
