Vakansiya haqqında
Tanış şirkət üçün HR Operations istiqamətində
təcrübəli və məsuliyyətli əməkdaş axtarıram
Vəzifə
öhdəlikləri
Əmək münasibətlərinin Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə və qüvvədə olan qanunvericiliyə uyğun
rəsmiləşdirilməsi;
İşə qəbul, vəzifə dəyişikliyi, əmək
müqaviləsinə xitam, məzuniyyət, ezamiyyət və digər kadr əməliyyatlarının həyata keçirilməsi;
Əmək müqavilələrinin, əmrlərin, ərizələrin, arayışların və digər HR sənədlərinin hazırlanması
və düzgün rəsmiləşdirilməsi;
ƏMAS sistemi üzərindən müvafiq
əməliyyatların aparılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması,
yenilənməsi və arxivləşdirilməsi;
İş vaxtının uçotu, məzuniyyət
qrafiklərinin və digər kadr uçotu sənədlərinin idarə edilməsi;
HR
sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyə uyğunluğuna nəzarət;
HR hesabatlarının hazırlanması və gündəlik kadr əməliyyatlarının vaxtında
icrası;
HR sənədləşməsi ilə bağlı daxili prosedurların və proseslərin
təkmilləşdirilməsində iştirak.
Namizədə
tələblər
HR sahəsində, xüsusilə HR Operations və kadr inzibatçılığı üzrə iş
təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək
münasibətlərini tənzimləyən qanunvericiliyi yaxşı bilmək;
Əmək
müqavilələrinin və digər kadr sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə praktiki
təcrübə;
ƏMAS sistemi ilə işləmək bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, detallara həssas yanaşma və sənədlərlə sistemli işləmək
bacarığı.
İş yeri: 2026-cı ilin sonunadək
Fatmayı kəndi, daha sonra ofis şəhər mərkəzinə köçəcək.
Əmək haqqı: 1,500–1,800 AZN
gross.
Maraqlanan namizədlər
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
