Vakansiya haqqında
Təsvir
Müəssisənin texniki avadanlıqlarına, su təchizatı, kanalizasiya və digər
mühəndis-kommunikasiya sistemlərinə mütəmadi texniki baxış keçirmək.
Avadanlıq və sistemlərdə yaranan nasazlıqları müəyyən etmək, onların səbəblərini araşdırmaq və
aradan qaldırmaq.
Planlı profilaktik texniki xidmət və təmir işlərini
həyata keçirmək.
Su boruları, kranlar, ventil, nasoslar və digər texniki
qurğuların quraşdırılması, təmiri və dəyişdirilməsini təmin etmək.
Mexaniki avadanlıqların və mühəndis-kommunikasiya sistemlərinin düzgün istismarına nəzarət
etmək.
Texniki nasazlıqlar və qəza halları zamanı operativ müdaxilə
etmək, zəruri hallarda aidiyyəti üzrə məlumat vermək.
Təmir və texniki
xidmət işləri zamanı tələb olunan alət və materiallardan təyinatına uyğun istifadə etmək.
Görülmüş texniki xidmət və təmir işləri barədə müvafiq qeydlər aparmaq və hesabatlılığı təmin
etmək.
İş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın
təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
Texniki
avadanlıqların və iş alətlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Müəssisənin fasiləsiz fəaliyyətinə mane ola biləcək texniki problemlərin qarşısının alınması
üçün müvafiq tədbirlər görmək.
Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri
çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Mexanik, mühəndislik və ya santexnika sahəsində orta ixtisas və ya ali
təhsil.
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri üzrə biliklər.
Su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemləri ilə işləmək
bacarığı.
Nasazlıqların operativ aşkar edilməsi və aradan qaldırılması
üzrə praktiki bacarıqlar.
Texniki təhlükəsizlik və əməyin mühafizəsi
qaydalarını bilmək.
Profilaktik baxış və texniki servis işlərini həyata
keçirmək bacarığı.
Məsuliyyətli, intizamlı və komanda ilə işləmək
bacarığı.
İşlərin vaxtında və keyfiyyətli icrasına diqqətli
yanaşma.
Fövqəladə hallarda çevik qərarvermə və problem həll etmə
bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
