Vakansiya haqqında
Yeni müştərilərin aktiv axtarışı, telefon zəngləri, birbaşa əlaqələr və işgüzar görüşlər
vasitəsilə satış həyata keçirəcək, satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müstəqil idarə edə
bilən təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarılır.
Vəzifə öhdəlikləri:
Potensial korporativ və fərdi müştəriləri araşdırmaq, yeni satış imkanları
yaratmaq;
Soyuq zənglər, işgüzar yazışmalar və birbaşa görüşlər
vasitəsilə aktiv müştəri cəlbi həyata keçirmək;
Korporativ müştərilərin
qərarverici şəxsləri ilə əlaqələr qurmaq və görüşlər təşkil etmək;
Müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun xidmətləri təqdim etmək və kommersiya təklifləri
hazırlamaq;
Satış danışıqlarını aparmaq, etirazlarla işləmək və
müqavilələrin bağlanmasını təmin etmək;
Potensial müştərilərlə mütəmadi
təkrar əlaqə (follow-up) saxlamaq;
Mövcud müştərilər üzrə əlavə və təkrar
satış imkanları yaratmaq;
Satış fəaliyyətini CRM sistemində qeyd etmək,
gündəlik fəaliyyət planına və aylıq satış hədəflərinə uyğun işləmək.
Namizədə tələblər:
Aktiv satış, B2B, B2C və ya telesatış sahəsində uğurlu iş
təcrübəsi;
Yeni müştəriləri müstəqil araşdırmaq və cəlb etmək
bacarığı;
Soyuq zənglər və birbaşa satış görüşləri keçirməyə
hazırlıq;
Azərbaycan dilində səlis nitq və peşəkar yazışma
bacarığı;
Güclü kommunikasiya, təqdimat, inandırma və danışıqlar aparmaq
bacarığı;
Müştəri etirazlarını idarə etmək və satışı uğurla
yekunlaşdırmaq qabiliyyəti;
Təşəbbüskar, intizamlı, məsuliyyətli və
nəticəyönümlü yanaşma;
Gündəlik aktiv satış fəaliyyəti və aylıq satış
hədəfləri ilə işləmək bacarığı.
Xidmət və təlim sahəsində satış təcrübəsi
üstünlükdür.
Əməkhaqqı: Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan
bonus.
CV-lərinizi 077 319 31 36 nömrəsinə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
