Vakansiya haqqında
Azərbaycan Fintex Assosiasiyası İctimayi
Birliyi(Azfina)komandasınaAparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul
elan edir.
Əsas vəzifə öhdəlikləri
Assosiasiyanın layihə, proqram, tədbir və digər fəaliyyətləri üzrə iş planlarının və
fəaliyyət qrafiklərinin hazırlanmasını, icrasını və monitorinqini həyata keçirmək;
Müvafiq fəaliyyətlər üzrə iştirakçıların, üzvlərin və tərəfdaşların cəlb edilməsini və müəyyən
edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
Layihə və proqramların
icrası zamanı yaranan təşkilati məsələləri, riskləri və gecikmələri müəyyənləşdirmək, onların həlli üzrə müvafiq
tədbirlər görmək;
Assosiasiyanın tədbir, təlim, seminar, işgüzar görüş və
maarifləndirmə təşəbbüslərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
Fintex sektoru üzrə araşdırmaların, analitik hesabatların və digər tədqiqat təşəbbüslərinin
icrasını, məlumatların toplanması prosesini və nəticələrin vaxtında hazırlanmasını təmin etmək;
Layihə və digər fəaliyyətlər üzrə büdcə icrasını və resurslardan istifadəni izləmək, icra
vəziyyəti və əldə edilmiş nəticələr barədə rəhbərliyə mütəmadi məlumat vermək;
Həyata keçirilən fəaliyyətlər üzrə hesabatları, təqdimatları və digər sənədləri
hazırlamaq;
Layihə reyestrini, fəaliyyət və tədbir təqvimini, iş
planlarını və müvafiq sənədləri aktual saxlamaq;
Fəaliyyətlərin
nəticələrinin qiymətləndirilməsini, iştirakçı və tərəfdaş rəylərinin toplanmasını və gələcək təşəbbüslərin
təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Namizədə tələblər
Təhsil və iş təcrübəsi
Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, dövlət və ictimai
idarəetmə, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə;
Layihələrin idarə edilməsi, proqramların koordinasiyası, tədbirlərin təşkili və ya əlaqəli
sahələrdə minimum 2 il iş təcrübəsi;
Layihə planlarının, iş qrafiklərinin
və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
İctimai Birliklərdə
tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və ya araşdırmaların koordinasiyası sahəsində təcrübə
üstünlükdür.
Peşəkar bilik və bacarıqlar
Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının monitorinqi üzrə
biliklər;
İş planlarının, təqdimatların, hesabatların və rəsmi
yazışmaların aparılması bacarığı;
Microsoft Office proqramlarında yüksək
səviyyədə işləmək bacarığı;
Məlumatların toplanması, sistemləşdirilməsi
və təhlili üzrə bacarıqlar;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və
şifahi ünsiyyət bacarığı;
İngilis dilində işgüzar yazışma və peşəkar
materiallarla işləmək bacarığı;
Rus dili və ya digər xarici dilləri
bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
Planlaşdırma, vaxtın idarə edilməsi və prioritetləri müəyyənləşdirmək
bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara
diqqət;
Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq etmək
bacarığı;
Problemləri müəyyənləşdirmək və praktik həll yolları təklif
etmək bacarığı;
Üzvlər, tərəfdaşlar və müxtəlif maraqlı tərəflərlə
peşəkar ünsiyyət qurmaq bacarığı;
Təşəbbüskarlıq və
nəticəyönümlülük.
Biz təklif edirik
Fintex sektorunun inkişafına töhfə verən layihə və təşəbbüslərdə
iştirak;
Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq
imkanları;
Peşəkar inkişaf və yeni biliklərin əldə edilməsi üçün
imkanlar.
Əmək haqqı: 1000-1500 Azn
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə
bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
